Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

Cari bölmə: Q


  • Fiziki və coğrafi obyektlər
  • Q

QALGİZ DAĞI

Quba və Şamaxı rayonları sərhəddində, Sarıdaş yaylasının şimal-şərqində yerləşir ( hün. 1992 m.). Sarıdaş çayı bu dağın cənub yamacından baş götürür. Dağın adı rus dilində olan xəritələrdə Qalgiz kimi qeyd edilmişdir. Ad rus dilində yazıldığı kimi Azərbaycan dilində də Qalgiz yazılmışdır. Ekspedisyalar zamanı dağ adının Qalgiyz yox, Kəlhovuz olduğu müəyyən edilmişdir.

Ətraflı oxu

QANOVUZ

Al-əlvan ipək parça. Əsasən, Şərq olkələrində geniş isteһsal olunurdu. 14-19 əsrlərdə Azərbaycanda (Şamaxı, Gəncə, Basqal və s.) yayılmışdı. İki növü vardı: yüngül, zərif növü, bursa ağır növü tafta adlanırdı. Keçmişdə Azərbaycanda gəlinlik paltarı qanovuzdan da tikilirdi. Qanovuzun xalq arasında “şaһi”, “ördәkboynu”, “sәһәr – axşam”, “al-yaşıl” və s. adlarına tәsadüf olunur. Hazırda, əsasən, Orta Asiyada isteһsal olunur. Qanovuzdan yorğanüzü, xalat tikilir, çarşab, boğça və s. kimi istifadə edilir.

Ətraflı oxu

QAQARİN Qriqori Qriqoryeviç

qaqarin(29.4.1810, Sankt-Peterburq – 30.1.1893, Şatelro, Fransa) – rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P.Bryullovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının prezidenti olmuşdur (1859-72). Qafqazda hərbi xidmətdə olarkən (1840-50) burada yaşayan xalqların məişətinə aid tablolar, həmçinin portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir.

Ətraflı oxu

QARA MƏHƏMMƏD SƏFA

Məhəmməd Məşhədi Hüseyn oğlu (1851, Şamaxı ş. – 1876, Şamaxı ş.) – şair. Mədrəsədə oxumuş, ərəb və fars dillərinə yiyələnmişdir. Gözəl təbi, bədahətən şeir demək istedadı olmuşdur. “Beyt üs-səfa” məclisinin üzvləri arasında böyük hörmətə malik idi. Hətta bəzi müəlliflər şeir məclisinin onun evində keçirildiyini iddia edirlər.

Ətraflı oxu

QARAMANDAĞ

Şamaxı r-nunundakı Quşçu k. şərqdə dağ. Toponimiyada qaraman tayfasının adı Qaramanlı təpəsi (Yevlax r-nu, Qoyun binəsi kəndi), Qaraman bəy təpəsi dağı (Laçın r-nu), Qaramanlı dərəsi (Kəlbəcər r-nu), Qaramanbulaq (Şamaxı r-nu), Qaramanarx (Göyçay r-nu) və b. coğrafi adlarda əks olunmuşdur. Qaraman adlı yaşayış məntəqələri keçən əsrdə Qazaxıstanın Kustanay vilayətində, Rusiyanın Perm vilayətində, Krımın Azov r-nununda da qeydə alınmışdır.

Ətraflı oxu

QARAQAYA

Şamaxı r-nununda dağ. Qozluçayın yatağından sağ tərəfdə yerləşir. Hün. 678 m. Dağ qayalarının tünd rəngə çalması ilə əlaqədar belə adlandırılmışdır.

Ətraflı oxu

QARAQUŞ DAĞI

Qaravəlli kəndinin torpaq sahəsindədir, uzun dağın qərbində yerləşir. Bu dağda çoxlu qaraquş olması ilə əlaqədar dağ adı Qaraquş dağı adlanmışdır. Əslində qararuşlu dağ kimi adlandırılmalıdır.

Ətraflı oxu

QARAVƏLLİ

Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. 1886 il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) qeyd edilən ərazidə yaşadığı göstərilir. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır.

Ətraflı oxu

QARAYEV Əliheydər Ağakərim oğlu

Əliheydər Qarayev(20.6.1896, Şamaxı – 21.4.1938) – sovet partiya və dövlət xadimi. Әvvəlcə mollaxanada, sonra Şamaxı realnı məktəbində oxumuş, bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. 1916 ildə Don (indiki Novoçerkassk) Politexnik İnstitutuna daxil olmuş, tələbələrin inqilabi çıxışlarında iştirak etmişdir. 1917 ildə Şamaxı Fəhlə və Әsgər Deputatları Sovetinin sədri olmuşdur. Zaqafqaziya kəndli deputatlarının qurultayında Kəndli Deputatları Soveti Ölkə İcraiyyə Komitəsinə üzv seçilmiş, Ümumrusiya Kəndli Deputatları Soveti İcraiyyə Komitəsinin işində (1917) iştirak etmişdir.

Ətraflı oxu

QARAYEV Əlövsət Ağakərim oğlu

(10.08.1914, Şamaxı – ?) – Azərbaycan neftçi alimi, texnika elmləri namizədi (1966). Lenin mükafatı laureatı (1963), Azərbaycan SSR əməkdar mühəndisi (1964), SSRİ-nin fəxri neftçisi (1974). 1934-40 illərdə Bakının neft mədənlərində işləmişdir. 1940 ildən 1945 ilə qədər Uzaq Şərq Neft Birliyinin rəis müavini, Krasnodar Neft və Qaz Kəşfiyyatı Trestinin müdiri (1945-52), Şimali Qafqaz Xalq Təsərrüfatı Şurası Neft və Qaz Sənayesi İdarəsinin rəisi (1963-65), SSRİ Neftçıxarma Nazirliyinin Cənub Baş Neftçıxarma idarəsinin rəisi (1965-70), SSRİ Neft Sənayesi Nazirliyinin Texniki-İqtisadi İdarəsi rəisi olmuşdur (1970-76). 1976 ildən Elmi-Tədqiqat Qazıma Texnikası İnstitutunun elmi işlər üzrə direktor müavini olmuşdur.

Ətraflı oxu

Posts navigation

← Older posts
Newer posts →

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar

  • ƏLİYEV Rauf Əsgər oğlu

    (17.2.1954, Şamaxı ş.) – sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət...

  • PİRİYEVA Firuzə Lətif qızı

    (9.3.1948, Şamaxı ş.) – kənd təsərrüfatı üzrə fəlsəfə doktoru (1985). Ekologiya...

  • MƏLCƏK

    Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 487 nəfərdir (2009),...

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO