MÜHƏZZƏBƏDDİN ŞİRVANİ
(? – ?) – Azərbaycan şairi. Əbülüladan sonra məliküşşüara olmuşdur. “Mühəzzəb” yüksək tərbiyəli, mədəni deməkdir.
(? – ?) – Azərbaycan şairi. Əbülüladan sonra məliküşşüara olmuşdur. “Mühəzzəb” yüksək tərbiyəli, mədəni deməkdir.
Mir Həsən Hacı Mirağa oğlu Möhsünov (1882, Şamaxı – 17.6.1907, Bakı) – Azərbaycan yazıçısı. 1903 ildən inqilabi və sosial-demokrat hərəkatında iştirak etmişdir.
Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi (1369, Şamaxı-1417, Hələb) – Azərbaycan şairi, mütəfəkkir. “İmadəddin Nəsimi” adı ilə məşhurdur.Atası Sеyid Məhəmməd dövrünün tanınmış adamlarından olmuşdur. Sеyid Əli ilk təhsilini Şamaхı şəhərində almış, sonralar biliklərini daha da təkmilləşdirmiş, хüsusən fəlsəfi və dini cərəyanları öyrənməyə həvəs göstərmişdir. O, Nizami, Хaqani, Məhsəti, Fələki, Zülfüqar Şirvani,Şəms Təbrizi, Mövlanə Cəlaləddin Rumi, Arif Ərdəbili, Mahmud Şəbüstəri və Marağalı Əvhədinin əsərləri ilə tərbiyələnmiş, еyni zamanda Yaхın Şərqin görkəmli şairlərinin: Rudəki, Sədi, Əttar və başqa klassik şairlərin əsərlərini dərindən öyrənmiş, özü də kiçik yaşlarından şеir yazmağa başlamışdır. Yaхın Şərqin Şеyх Mahmud Şəbüstəri, Cəlaləddin Rumi, Marağalı Əvhədi kimi görkəmli şairlərinin pantеist fikirləri daha gеniş yayılırdı.
(? – 1163, Bakı) – 11 əsrin sonu 12 əsrdə yaşamış təsəvvüf alimi. Şirvanda və Şirvanşahlar sarayında böyük nüfuz sahibi olmuşdur. Şirvanşahlar sarayında Xaqaniyə böyük qayğı göstərmişdi. Sonralar sufi təriqətinin yayılmasına görə Şamaxıdan Gəncəyə getmiş, orada Şeyxülislam olmuşdu. Həbsdən yayınmağa çalışan Xaqani yardım üçün Gəncəyə, onun yanına getmişdi. Müxaliflərin təzyiqi ilə işdən uzaqlaşdırılmış, Bakıya qayıtmış, elə oradaca vəfat etmişdi. Xaqani əsərlərində ondan məhəbbətlə bəhs etmişdir.
(1673-1759 Şamaxı) – Azərbaycan şairi (17 əsrin sonu – 18 əsrin 1-ci yarısı). Әdəbi irsinin az bir hissəsi dövrümüzədək gəlib-çatmışdır. Füzuli ədəbi məktəbinin davamçısı, lirik şair kimi tanınmışdır. Әsasən, aşiqanə qəzəllər yazmışdır. Lakin lirikasında taledən şikayət, zahidlərin riyakarlığına istehza, didaktik motivlər də mövcuddur. “Görmədim” rədifli mürəbbesində ədalətsiz dövranın tənqidi ilə yanaşı, bədbinlik də duyulur. Həməsrlərindən Ağa Məsih Şirvani, Vaqif, Zülali Nişat Şirvaniyə nəzirələr yazmışlar. Ә. Cəfərzadənin “Vətənə qayıt” romanı Nişat Şirvaniyə həsr olunmuşdur.
Əbu Abdulla Siracəddin Ömər Xəlvəti, (?, Şamaxı, Avaxıl k. – 1349, Təbriz) – məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi. Şeyx nəslindəndir, soyu Şirvanın məşhur şeyx ailələrinə söykənir. Atası Şeyx Əkmələddindir. Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür.
(təxm.954 – təxm.1074) – filosof, dövlət xadimi. Pirsaat çayı sahilində olan Rəncbər kəndində doğulmuşdur. Şamaxıda təhsil almış, çox cavan yaşlarında dövlət işində çalışmış, 1027 ildə Şirvan şahı I Mənuçöhrün vəziri olmuşdur. 100 yaşına qədər vəzir işlədikdən sonra, məsləhətçi olmuşdur.
(aprel, 1866, Şamaxı ş,- 1937) – Azərbaycan maarif xadimi, yazıçı. İlk təhsilini S. Ә. Şirvaninin “Məclis” məktəbində və Şamaxı şəhər məktəbində almışdır. 1883 ildə Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuş, burada oxuduğu illərdə gürcü sosial-demokrat dərnəkləri ilə əlaqə saxlamışdır. 1887 ildə institutu bitirib, Bakıya gəlmiş, H. Mahmudbəyovla birlikdə yeni tipli ilk rus-müsəlman (Azərbaycan) məktəbi açmışdır. 1905 ildə Qori seminariyası müsəlman (Azərbaycan) şöbəsinin müfəttişi, 1908 ildə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttiş, 1917 ildə isə vilayət xalq məktəblərinin direktoru təyin olunmuşdur.
Yunus ibn Mənsur ibn İbrahim (? – 1258) – Şamaxıda doğulmuş müqayisəli qrammatika üzrə məşhur alim. Onomastika sahəsində əsərlərin müəllifi olmuşdur. Fəlsəfədən dərs deməsi də məlumdur. Şirvan “elmi-ədəb”in yetişdirməsi kimi məşhurlaşdığından, Bağdaddakı tanınmış “Nizamiyyə” mədrəsəsinə dərs deməyə dəvət olunmuşdur.
Mirzə Ələkbər Məşədi Zeynalabdin oğlu Tahirzadə (30.5.1862, Şamaxı ş. – 12.7.1911), Şamaxı ş.) – Dünya ədəbiyyatının misilsiz satirik şairləri panteonunun ön cərgələrində özünəməxsus böyük yeri olan böyük vətənpərvər, dahi Azərbaycan şairi, mütəfəkkir, ictimai xadim, müəllim. İlk təhsilini 1870 ildə mollaxanada almış, sonra isə 1874 ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur.