ABDULLAXAN USTACLI
(? – 1566/67) – Şirvan bəylərbəyi [1549-66/67], ustaclı tayfasının başçısı, sərkərdə Şah İsmayılın bacısı oğlu. Azərbaycanın Avropa ölkələri ilə ticarət və siyasi əlaqələrinin möhkəmlənməsində müəyyən rol oynamışdır. Onun dövründə Şamaxıda Rusiya və İngiltərənin ticarət faktoriyaları yaranmış, IV İvanla diplomatik danışıqlar aparmışdır.
Əd.: ASE, I cild, Bakı, 1976, s.19