MİKAYILOV Nurqələm Mikayıl oğlu
(5.1.1930, Şamaxı r-nunun, Göylər k. – 18.9.2014, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim (2005). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda, Memarlıq və İnşaat Universitetində çalışmışdır.