MƏLİKOV Güləhməd Yusif oğlu
(23.5.1952) – riyaziyyatçı, riyaziyyat üzrə fəlsəfə doktoru (1988), dosent (1995). Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş, həmin dövrdə tətbiqi riyaziyyat fakültəsində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur (1974-89).
MƏLİKOV Telman Qulu oğlu
(5.1.1950, Bakı) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (2005), professor (1992). Bakı Dövlət Universitetini bitirmişdir. 1976-77 illərdə Gəncə Dövlət Universitetində, 1977-2013 illərdə Azərbaycan Texnologiya Universitetində çalışmışdır. 1990-2005 illərdə ali riyaziyyat kafedrasının müdiri, 2000-13 illərdə universitetin rektoru olmuşdur. Hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir.
MƏMMƏDLİ Tahir Yadigar oğlu
(2.1.1957, Şamaxı ş.) – Azərbaycan seysmoloqu, geologiya-mineralogiya elmləri doktoru (2007). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının “Geofizika” Elmi Mərkəzinin Təcrübi-Metodiki Ekspedisiyasının “Şamaxı” seysmik stansiyasında texnik, baş texnik, baş mühəndis vəzifələrində çalışmışdır.
MƏMMƏDOV İlqar Qürbət oğlu
MƏMMƏDOV Əlizadə Qurbanəli oğlu
MƏMMƏDOV Əziz Bəşir oğlu
MƏMMƏDOV Hacı Məmməd oğlu
MƏMMƏDOVA Şükufə Ağaşıxalı qızı
(16.5.1936, Şamaxı ş.) – bioloq, biologiya elmləri namizədi (1968), dosent (1980). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Bir müddət Şamaxının Göylər kəndində müəllim işləmişdir. Daha sonra Bakıya qayıdaraq Azərbaycan EA Nəbatət İnstitutunda çalışmışdır. 1970 ildən taleyini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna bağlamışdır.
MİKAYILOV Mikayıl Yusif oğlu
(31.12.1903, Bakı – 1986, Bakı) – Azərbaycan kinorejissoru, aktyor, ssenari müəllifi. Azərbaycanın əməkdar artisti (1943), Azərbaycanın əməkdar incəsənət xadimi (1959). Azərbaycan kinosunun ilk rejissorlarındandır. 1924 ildə fəaliyyətə başlamış, çoxlu sayda sənədli – xronika filmləri çəkmişdir.