MAHMUD ŞİRVANİ
Mahmud ibn İlyas (? – ?) – alim, təbib. 13 əsrdə yaşamış Mahmud ibn İlyasın “Elmi təbabət kitabı” zəmanəmizə qədər gəlib çatmış və 18 əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsərin 1260 ildə yazıldığı məlumdur.
Mahmud ibn İlyas (? – ?) – alim, təbib. 13 əsrdə yaşamış Mahmud ibn İlyasın “Elmi təbabət kitabı” zəmanəmizə qədər gəlib çatmış və 18 əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsərin 1260 ildə yazıldığı məlumdur.
(1863, Şamaxı – 1923, Bakı) – maarif və mətbuat xadimi, publisist. Bəy ailəsində doğulmuşdur. Şamaxıda məhəllə və şəhər məktəblərində (1870-79), Qori Seminariyasında (1879-83) təhsil almışdır. Pedaqoji fəaliyyətində Yelizavetpol və İrəvan quberniyası xalq məktəbləri direktorluğu ilə başlamış, Padar, Ağcabədi və Ağdam kənd ibtidai məktəblərində (1883-88) müəllim işləmişdir.
(1911, Şamaxı ş. – 1988, Bakı) – baytarlıq elmləri doktoru, professor. İrəvan Baytarlıq İnstitutunu bitirmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kafedra müdiri, dekanı və rektoru (1954-62) vəzifələrində çalışmışdır.
(31.8.1969, Bakı) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1997). Azərbaycan Dövlət Univeristetini bitirmişdir. 1990 ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 2008 ildən ümumi tarix kafedrasının dosentidir. Əsas tədqiqatı qız qalalarının tarixi ilə bağlıdır. 69 elmi əsərin müəllifidir.
Məlumat A.Mehdiyevadan alınmışdır.
(1930, Ağsu r-nunun Bico k. – 2011, Bakı) – Azərbaycan coğrafiyaçısı, coğrafiya elmləri doktoru (1991), professor. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan EA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi, İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent vəzifəsində işləmişdir.
(18.9.1961, Şamaxı r-nunun, Leninabad k.) – texnika üzrə fəlsəfə doktoru (1990), 2015 ildə “Azərbaycanın milli unlu məmulatları istehsalında texnoloji proseslərin intensivləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir.