İSGƏNDƏROV Anar Camal oğlu
(10.1.1956, Masallı r-nunun Kolatan k.) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2004), professor. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1978-81 illərdə Masallı rayonunda tarix müəllimi, 1982-84 illərdə Azərbaycan Dövlət Neft Akademiyası fəlsəfə kafedrasında kabinet müdiri işləmişdir. 1984 ildən BDU-nun Tarix fakültəsi mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında çalışır.