HACIYEV Fərhad İbrahim oğlu
(1929, Şamaxı ş. – 1987, Bakı) – Azərbaycanın ilk bərpaçı-rəssamı. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskvada Surikov adına Ali Rəssamlıq İnstitutunu bitirmişdir. İnstitutda oxuduğu illərdə Drezden qalereyasında sərgilənən məşhur Novqorod, Pskov, Vladimir və Suzdal ikonalarını, Kiyevin “Müqəddəs Sofiya” kilsəsinin mozaik kompozisiyalarını, Vilnüsdən Çürlyonisin qrafik əsərlərini, Ermitaj muzeyinin, Tretyakov qalereyasının, A.S.Puşkin adına İncəsənət Muzeyinin müxtəlif yağlı boya tablolarını bərpa və konservasiya etmişdir.