AŞIQ RZA QOBUSTANLI
AŞIQ ŞƏRBƏT
AŞIQ XANIŞ
Zahidov Xanış Xeyrulla oğlu (1932, Şamaxı r-nunun Nabur k.) – el aşığı. Babası, nənəsi, anası sinədəftər el şairi, əmisi Şirsoltan Zahidov isə öz dövrünün ən məhşur aşıqlarından biri olmuşdur.
AŞIQ XANMUSA
ASLANOV Həmidulla İsrafil oğlu
(16.2.1950, Şamaxı r-nunun, Cəyirli k.) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1996), professor (1997). Bakı Dövlət Universitetini bitirmişdir. Əsas tədqiqat sahəsi diferensial operatorların spektral nəzəriyyəsi ilə bağlıdır.
AŞURBƏYLİ Sara Balabəy qızı
(27.1.1906, Bakı – 17.7.2001, Bakı) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1966), əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət laureatı (1986). İstanbulda Janna dArk adına fransız kollecini (1925), Azərbaycan Dövlət İnstitutunun Şərq (1930) və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər (1941) fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir.
AXSİTAN I
Әxsitan, Aqsartan (? – təqr. 1196/97; başqa məlumata görə təqr. 1203/04) – Şirvanşah [təqr. 1160 – təqr. 1196/97; başqa məlumata görə təqr. 1149 – təqr. 1203/04], II Mənuçöhrün oğlu. Axsitanın hakimiyyəti zamanı Şirvan çox qüvvətlənmişdi.
AXSİTAN II
(?-1260) – Şirvanşah [1243 – 1260], III Fəribürzün oğlu, Kəsranilər sülaləsindən idi. Zəkəriyyə Qəzvini öz əsərində yazır: “Şirvan müstəqil vilayətdir. Onun hökmdarının adı Axsitandır. Şirvanın hakimi əzəmətli, güclü və qüdrətli hökmdar idi”.
AXSİTAN III
(?-?) – Şirvanşah [1283-94], II Fərruxzadın oğlu, Kəsranilər sülaləsindən idi. H.693 il rəcəb ayına (1294, iyun) aid kitabədə “məlik Keykavus ibn Axsitan” adı çəkildiyindən, III Axsitanın 1283-94 illərdə hakimiyyət sürdüyü aydınlaşır.