SKİBİNSKİ Yevgeni Yakovleviç
(1858, Şamaxı ş. – 1928) – memar, mülki mühəndis. Əslən polyakdır. Yaradıcılığı Bakı şəhəri ilə sıx bağlıdır. Çox güman ki, valideynləri 1859 ildə baş vermiş dağıdıcı Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşlər.
(1858, Şamaxı ş. – 1928) – memar, mülki mühəndis. Əslən polyakdır. Yaradıcılığı Bakı şəhəri ilə sıx bağlıdır. Çox güman ki, valideynləri 1859 ildə baş vermiş dağıdıcı Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşlər.
(Şamaxı, 16 əsr – ?). Təbib. Əslən Şamaxıdan olan bu həkim Qahirədə tibb üzrə təhsil almış və Türkiyədə işləmişdir. O, xəstələri təmənnasız müalicə etdiyinə görə “Kasıbların həkimi” ləqəbini qazanmışdı.
Əd.: E.Mehrəliyev, Ə.Axundov “Şirvanilər”, Bakı, “Elm”, 1996, s.55-56
(? – ?) – Şirvanşah [1502 – 1502], Qazibəyin oğlu, Dərbəndilər sülaləsindən idi. Məhəmməd Qazi bəy 1502 ilin birinci yarısında öldürüldükdən sonra Şirvanşahlar taxtını onun oğlu, mənbələrdə “yalançı və qan içən müstəbid” adlandırılan Sultan Mahmud ibn Qazi bəy tutdu. Münəccimbaşının məlumatına görə, onun hakimiyyəti cəmi bir neçə gün – Şirvan əhalisi üsyan qaldıraraq Gilana, onun əmisi Şeyx İbrahimə (Şeyxşaha) sifariş göndərərək, onu Şirvana qayıdıb, Şirvanşahlar taxtına sahib durmağa dəvət edənədək çəkdi.
(27.11.1961, Bakı ş.) bioloq, biologiya üzrə fəlsəfə doktoru (1994), dosent (2008). M.Ə.Sabir Fondunun təsisçisi və prezidentidir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir (1984). Azərbaycan EA-nın Botanika İnstitutunda çalışmışdır (1987-89). 1989 ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır.
Məlumat S.Tahirlidən alınmışdır.
(1857, Şamaxı – ?) – Azərbaycan naşiri, maarifçi. “Məzhər” qəzetinin naşiri və redaktoru. Yazılarında islam ideologiyasını təbliğ etmişdir. Şəriət müəllimi olmuşdur.
Əd.: ASE, IX c., Bakı, 1986, s. 495
(1845, Şamaxı – ?) – Azərbaycan naşiri, maarifçi. “Ziya” və “Ziyayi Qafqaziyyə” qəzetlərinin naşiri və redaktoru, ruhani. “Hami” təxəllüsü ilə şeirlər yazmış, “Beyt üs-Səfa” ədəbi məсlisinin üzvü olmuş, 1883 ildə Tiflisdə nəzmlə yazılmış qiraət kitabını nəşr etdirmiş, əsasən, islam ideologiyasını təbliğ etmişdir. 1890 ildə Türkiyəyə köçmüşdür.
Əd.: ASE, IX c., Bakı, 1986, s. 494
(1854, Şamaxı – ? ) – Azərbaycan naşiri, maarifçi, tərəqqipərvər müəllim. “Kəşkül” jurnal və qəzetinin naşiri və redaktoru. Ana dili ilə yanaşı rus, fars, ərəb dillərini və qismən fransızca bilirdi. Pedaqoji, jurnalistlik və tərcüməçilik fəaliyyəti ilə bərabər maarifçilik ideyalarını yaymışdır.
(? – ?) – Azərbaycan şairi, ruhani. 18 əsrin sonu, 19 əsrin birinci yarısında Şamaxıda yazıb-yaratmış şairlərdəndir. Xanlıqlar dövründə yaşamış, siyasətdən uzaq ruhani, həqiqətsevər şəxsiyyət, xalq arasında hörmət və ehtiram sahibi olmuşdur. Əsərlərində insanlara öz güclərinə, zəhmətlərinə inanmağı təlqin edir, yaltaqlığı, ələbaxımlığı lənətləyir.
Əd.: B.Niyazlı “Şamaxı xanlığı”, Bakı, “Nurlar”, 2014, s.262-263
(29.8.1967, Şamaxı ş.) – filosof, fəlsəfə üzrə fəlsəfə doktoru (2000), dosent. Kiyev Dövlət Universitetini bitirmişdir. Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında çalışır. Tədqiqatı Şərq və Qərb fəlsəfəsinin qarşılıqlı əlaqəsinə həsr olunmuşdur. Bir sıra elmi əsərin müəllifidir.
Məlumat S. Veyisovadan alınmışdır.
(22.5.1964, Şamaхı ş.) – kimyaçı, kimya üzrə fəlsəfə doktoru (2005). 1988 ildə Leninqrad Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. 1995 ildən Bakı Dövlət Universitetinin kimya fakültəsinin ümumi və qeyri-üzvi kimya kafedrasında çalışır. 40 elmi məqalənin, 2 patentin və 1 dərs vəsaitinin müəllifidir.
Məlumat S. Veyisovadan alınmışdır.