ŞAKİR ŞİRVANİ
(? – ?) – 18 əsr Azərbaycan şairi. Klassik və xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Divanı günümüzədək qalmasa da, şairin cönklərdə bir çox əsərləri qalmaqdadır. Füzuli ədəbi məktəbinin davamçısı olsa da, orjinal şeirlər də yazmışdır. “Əhval-i Şirvan” adlı tarixi mənzuməsi çox önəmlidir. Bu əsərində Nadir Şah Əfşarın Şirvana hücumunu təsvir etmiş, zülm və pisliyə qarşı çıxmışdır. “Əhval-i Şirvan” əsəri, tarixi gerçəklikdən bəhs etdiyindən, dövrün olaylarını və durumunu araşdırmaq baxımından faydalı əsərdir.
Əd.: ASE, X cild, Bakı,1987, s.455