AĞALAROVA Dünya Ələkbər qızı
(15.12.1906, Şamaxı – 15.8.1981, Bakı) – Azərbaycan paleontoloqu, geologiya-mineralogiya e.d., prof. (1964). 1949-57 illərdə Türkmənistan SSR EA (1951 ilədək SSRİ EA filialı) Geologiya İnstitutunun paleontologiya laboratoriyasının rəhbəri olmuşdur.
AĞASI XAN
(? – 1786, Bakı) – Şamaxı xanı [1765 – 68, 1774]. Xançobanı tayfasından idi. 18 əsrin ortalarında qardaşı Məhəmmədsəid xanla birlikdə 1734 ildə dağıdılmış Şamaxı şəhərini bərpa edərək özünü xan elan etdi. Qubalı Fətəli xan Şamaxını alarkən (1768) Ağası xan həbs olundu və gözləri çıxarıldı. 1769 ildə Qarabağa qaçmışdır.
AĞAYEV Nuhəli Hacıbala oğlu
(1.6.1941, Şamaxı r-nunun Göylər k.) – inşaat texnikası sahəsində Azərbaycan alimi, texnika e.d. (1991), professor (1994). Azərbaycan Politexnik İnstitutunu (1963) bitirmişdir. 1984 ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin ağac və plastik kütlə konstruksiyaları kafedrasında çalışır.
AĞAYEV Şövqi Süleyman oğlu
ALCANOV Məzahir Əmircan oğlu
(6.7.1950, Şamaxı r-nunun Çalov k.) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1990). Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1971-72 illərdə Kürdəmir rayonunda orta məktəbdə fizika müəllimi işləmişdir. 1973 ildə AMEA Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur.
ALICANOV Mayıl Sədyar oğlu
(1939, Şamaxı r-nunun Ovçulu k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1973), dosent. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Şamaxı rayonunun Bağırlı kənd orta məktəbində dərs hissə müdiri, Xankəndi Pedaqoji İnstititutunda baş müəllim, dosent, kafedra müdiri vəzifələrində işləmişdir.
ALIYEV Ceyhun Qurbanalı oğlu
ALLAHVERDİYEV Nizaməddin Nurməmməd oğlu
(22.3.1930, Şamaxı r-nunun Göylər k. – 14.8.2003, Bakı) – coğrafiyaşünas, coğrafiya elmləri namizədi (1964), professor (1989). Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Göylər kənd məktəbində (1952-54), Bakı Dövlət Universitetinin iqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasında işləmişdir.