MAHMUDBƏYOV Mahmud bəy Polad bəy oğlu
(1863, Şamaxı – 1923, Bakı) – maarif və mətbuat xadimi, publisist. Bəy ailəsində doğulmuşdur. Şamaxıda məhəllə və şəhər məktəblərində (1870-79), Qori Seminariyasında (1879-83) təhsil almışdır. Pedaqoji fəaliyyətində Yelizavetpol və İrəvan quberniyası xalq məktəbləri direktorluğu ilə başlamış, Padar, Ağcabədi və Ağdam kənd ibtidai məktəblərində (1883-88) müəllim işləmişdir.