ƏHLİMANOV Ramiz Mirağa oğlu
(1.5.1949, Şamaxı ş.) – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri üzrə fəlsəfə doktoru (1980). Bakı Dövlət Universiteti geodeziya və kartoqrafiya kafedrasının dosentidir. BDU-nu bitirmişdir.
(1.5.1949, Şamaxı ş.) – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri üzrə fəlsəfə doktoru (1980). Bakı Dövlət Universiteti geodeziya və kartoqrafiya kafedrasının dosentidir. BDU-nu bitirmişdir.
(1873, Şamaxı – 16.2.1925, Bakı) – alı təhsilli ilk azərbaycanlı memar, rəssam. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı. Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən (1902) sonra Bakı quberniya idarəsinin İnşaat şöbəsində, Bakı şəhər idarəsində memar işləmişdir.
(20.8.1949 Şamaxı r-nunun Çaylı k. – 10.5.2004, Bakı) – solist-vokalist. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Təhsil illərində Azərbaycan Dövlət Filarmoniyasının xor kopellasında vokalist kimi fəaliyyət gostərmişdir.
(20.12.1950, Şamaxı r-nunun. Göylər k. – 28.03.2018) – tarixçi, arxeoloq, tarix üzrə fəlsəfə doktoru (1992). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir (1979). Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisidir.
(25.6.1982, Bakı) – tarixçi-arxeoloq, tarix üzrə fəlsəfə doktoru (2014). Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bakalavr, Sumqayıt Dövlət Universitetini magistr pilləsi üzrə bitirmişdir. Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda laborant, Arxeologiya və Etnoqrafiya İnstitutunda böyük laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır.
Əli ibn Məhəmməd ibn Əbdül (? – ?) – heykəltəraş. 12-13 əsrlərdə yaşamışdır. Düzəltdiyi heyvan fiqurları dünyanın bir çox muzelərini bəzəmişdir. Tuncdan düzəltdiyi “balasını əmizdirən inək” formasındakı su qabını 1206 ildə tamamlamışdır. Fiqur Sankt-Peterburq şəhərindəki “Ermitaj” muzeyində saxlanır.
(11.4.1908, Şamaxı – 3.5.1985, Moskva) – Azərbaycan geoloqu. Geologiya-mineralogiya e.d. (1957), professor (1957), Azərbaycan SSR EA akademiki (1950). SSRİ-nin fəxri neftçisi. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) direktoru (1939-41), Azərbaycan SSR EA prezidenti (1950-58), Azərbaycan Dövlət Universitetində paleontologiya, tarixi geologiya və SSRİ geologiyası kafedrasının müdiri (1951-58) olmuşdur.