NOVRUZ TÜRBӘSİ
Әrəbqədim kəndində, Kicəki dağının döşündəki qədim qəbiristanlıqdadır. Qəbirin üstündəki türbə ötən əsrdə tikilmişdir. El arasında Sofu Novruz türbəsi kimi məşhurdur.
Әrəbqədim kəndində, Kicəki dağının döşündəki qədim qəbiristanlıqdadır. Qəbirin üstündəki türbə ötən əsrdə tikilmişdir. El arasında Sofu Novruz türbəsi kimi məşhurdur.
(15.9.1973, Şamaxı r-nunun Məlikçobanlı k. – 4.7.1992, Ağdərə r-nununda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
(20.1.1947, Yardımlı) – ədəbiyyatçı, filologiya elmləri doktoru (1992), professor (1993). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1993 ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının müdiridir. Bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən “Sabir irsinin tədqiqi və təbliği”, “M.Ə.Sabir ədəbi məktəbi”, “Sabir və davamçıları”, “Müasir şeirimizdə Sabir ənənələri” kitablarının müəllifidir.
Göylər kəndinin cənub-qərbində təpə. Burada vaxtı ilə neft çıxıntılarının olması söylənilir. Təpənin forması isə palçıq vulkanı konusunu xatırladır. Burada vaxtilə neft təzahürləri müşahidə edilmişdir. Buna Nöyüt təpəsi coğrafi adı şahidlik edir.
Ərçiman kəndinin şimal-şərqində dərə. Dərə Uğuz yurdundan başlayaraq Pirsaat çayının sol qolunadək uzanır. Vaxtı ilə neft əlamətləri müşahidə edilmişdir.
Şamaxı r-nu ərazisində dağ və palçıq vulkanı. Bu söz yaxınlığdaki eyniadlı yaşayış məntəqəsinin adından yaranmışdır.
(7.10.1936, Şamaxı r-nunun, Göylər k. – 20.9.2004, Bakı) – Azərbaycan tarixçisi, arxeoloq, tarix elmləri doktoru (1991), professor. Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışmış, Örənqala, Bakı, Şamaxı, Bərdə, Beyləqan, Naxçıvan, Zəngilan, Xudafərin, Biləsuvar və başqa rayonların ərazilərində fəaliyyət göstərən arxeoloji ekspedisiyalara rəhbərlik etmişdir.
(6.6.1947, Şamaxı r-nunun, Göylər k.) – coğrafiyaçı, coğrafiya üzrə fəlsəfə doktoru (1983), dosent. BDU-nun geologiya-coğrafiya fakültəsini bitirmişdir. Tədqiqat sahəsi toponomikadır. 2 monoqrafiya, 4 tədris proqramı, 1 metodik göstəriş, 60-dan artıq elmi məqalənin müəllifidir. 2005 ildən coğrafiya fakültəsində elmi və sosial məsələlər üzrə dekan müavinidir.
Şamaxı r-nunun Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 630 nəfərdir (2009), 113 təsərrüfatı var. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Nüydü 1-ci kəndi (13 ailə, 97 nəfər), Şamaxı qəzasının Qəbiristan sahəsində Nüydü 2 kəndi (49 ailə, 329 nəfər) qeydə alınmışdır. Qoşun sahəsində qeydə alınan Nüydü kəndi Ağsu rayonundakı eyniadlı kənd, Qəbiristan sahəsindəki isə müasir Şamaxı rayonundakı Nüydü kəndidir. Kəndin adı tat dilindəki nüy (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Yaşayış məntəqələri köhnə kənd yerlərinin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.