MONQOL İSTİLALARI
13 əsrdə monqol feodallarının xalqları tabe və qarət etmək məqsədi ilə Mərkəzi Asiyadan Şərq və Avropa olkələrinə işğalçılıq yürüşlәri. 1220 ildə Cəbə və Subede (Subutay) İrana və Azərbaycana soxuldular.
13 əsrdə monqol feodallarının xalqları tabe və qarət etmək məqsədi ilə Mərkəzi Asiyadan Şərq və Avropa olkələrinə işğalçılıq yürüşlәri. 1220 ildə Cəbə və Subede (Subutay) İrana və Azərbaycana soxuldular.
Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani (1782/1783, Şamaxı xanlığının Bölükət mahalının Kürdəmir k. – 1848, Amasiya ş. (Türkiyə)) – din xadimi, sufi şeyxi. Ləqəbi “Siracəddin” (dinin çırağı), nisbəsi “əl-Kürdəmiri” bəzən “əş-Şirvani” kimi yad edilmişdir. Atasının adının Şeyx Ənvər Şirvani olması haqqında qeydlər var. İlk təhsilini Şamaxıda Məhəmməd Nuri Əfəndidən almışdır. Məhəmməd Nuri Əfəndi ona Molla Caminin “Kafiyə Şərhi”nə qədər elmi bilgiləri öyrətmişdir. İ.Şirvani 1800 ildə Ərzincana gedərək dövrün məşhur alimlərindən biri olan Övliyazadə Əbdürrəhman əfəndidən biliklərini təkmilləşdirmək vasitəsilə icazənamə (diplom, şəhadətnamə) alır.
(1850, Şamaxı – 1926, Bakı) – maarif xadimi, pedaqoq, dinşünas alim-metodist, şair. Şamaxıda mollaxanada və mədrəsədə təhsil almış (1859-82), ərəb, fars dillərini, şəriəti, islam tarixini öyrənmişdir. Şamaxıda xüsusi məktəb açmış (1882-87), oğlanlara əlifba və şəriət qaydalarını tədris etmişdir.
Əbülfəzl Bəxtiyar ibn Müxənnə ibn Əbdürrəhman (? – 1266, Şamaxı ş.) – filosof. Şirvan fəlsəfə məktəbinin davamçılarındandır. İslam fəlsəfəsinin mahiyyəti haqqında beş əsərin müəllifidir.
Şamaxı r-nu Muğanlı kənd i.ə.d.-nin mərkəzi. Dağətəyi ərazidədir. Şamaxı şəhərindən 12 km məsafədə yerləşir. Əhalisi 1061 nəfərdir (2009), 240 təsərrüfatı var. 1886 ildə əhalinin siyahıya alınma sənədlərində Şamaxı qəzasında Muğanlı kəndi (34 ailə, 184 nəfər) qeydə alınmışdır.
(? – ?) – Azərbaycan şairi. Əbülüladan sonra məliküşşüara olmuşdur. “Mühəzzəb” yüksək tərbiyəli, mədəni deməkdir.
Şamaxı r-nun Dədəgünəş kəndi yaxınlığında arxeoloji abidə. E.ə. II – eramızın 2-3 əsrlərinə aid küp qəbirlər qəbiristanı aşkar edilmişdir.
(1820, Şamaxı ş – 1890, Şamaxı ş.) – balaban ifaçısı. İlk təhsilini mollaxanada almışdır. 9-10 yaşlarında bu sənətə maraq göstərmişdir. 15 yaşında atıq mükəmməl balaban ifaçısı idi.
Xüsusən dəmkeşlərə məxsus fasiləsiz ifa üsulunu mənimsədiyindən, balaban və zurna ifaçılığında böyük uğurlar qazanmış və mahalda ustad balaban ifaçısı kimi tanınmişdır. Mahmud ağanın ən sevimli musiqiçisi olmuşdur.
(1974, Şamaxı r-nunun Sabir q. – 18.7.1993) – Qarabağ müharibəsi şəhidi.
Məlumat M.Muradovun ailəsindən alınmışdır.