MAHMUDOV Qahir Ələşrəf oğlu
(1956, Şamaxı ş.) – idmançı. Güləş üzrə 2 dəfə Azərbaycan, dəfələrlə “Məhsul” cəmiyyətinin, cəmiyyətlər arasında SSRİ çempionu olmuşdur. ABŞ-da keçirilən beynəlxalq turnirin qalibidir. Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman əlaçısıdır.

(4.4.1957, Şamaxı ş.) – idmançı, məşqçi, baş müəllim, poverliftinq üzrə idman ustası. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1981 ildən fiziki tərbiyə müəllimi işləyir. Çalışdığı dövr ərzində ağır atletika və poverliftinq üzrə idman ustaları, Dünya, Avropa və Azərbaycan çempionları, rekordçuları yetişdirmişdir.


(1930, Ağsu r-nunun Bico k. – 2011, Bakı) – Azərbaycan coğrafiyaçısı, coğrafiya elmləri doktoru (1991), professor. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan EA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi, İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent vəzifəsində işləmişdir.