LALƏZAR
Şamaxı r-nunun Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinın Əliçapan dağının şimal-şərqində yerləşir. Əhalisi 384 nəfərdir (2009), 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.
Şamaxı r-nunun Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinın Əliçapan dağının şimal-şərqində yerləşir. Əhalisi 384 nəfərdir (2009), 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.
İqlimi cənubda qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl tipli, şimalda yayı quraq keçən mülayim-istidir.
Çimli dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-qara, qonur dağ-meşə, dağ tünd-şabalıdı, şabalıdı, boz-qonur, şorakətvarı boz-qonur, boz-çəmən və çəmən-boz torpaqlar yayılmışdır. Zəngin meşələri, subalp və alp çəmənlikləri, dağ-bozqır və yarımsəhra bitkiləri vardır.
Çigilçayın yuxarı başlanğıc qollarından birini təşkil edir. Çay bəzən ləkdərə çayı da adlanır. Çünki çay Ləki yaylağından başlanır. Çay öz adını ləki tayfasının vaxtı ilə istifadə etdiyi yaylağın adından almışdır.
Azərbaycan Respublikasında dağ silsiləsidir. Şirvan düzü ilə Pirsaat çayı arasındadır. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hün. bəzi yerdə 900 m-dən artıqdır. Şirvan düzünə enən yamacları yarğanlarla parçalanmışdır. Paleogen və Neogenin gil və qumdaşılarından təşkil olunmuşdur. Palçıq vulkanları (Quşçu, Kolanı və s.) var. Quru çöl və yarmsəhra landşaftı üstündür. Meşə və kolluqlar var. Ağsu aşırımı buradadır.