KƏRİMOV Musa Əsəd oğlu
(12.1.1906, Şamaxı r-nunun Göylər k,-14.9.1965, orada)-Sosialist Әməyi Qəhrəmanı (1948). Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1933-65 illərdə Şamaxı rayonunda sovxozda fəhlə işləmişdir. 1947 ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
KƏRKƏNC
Şamaxı r-nu Kərkənc kənd i.ə.d.-nin mərkəzi. Kərkənc yaylasındadır. Əhalisi 730 nəfərdir (2009), 166 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.
19 əsrin 1886 il əhalinin siyahıya alınmasında Şamaxı qəzasının Qoşun sahəsində Kərkənc kəndi (231 ailə, 1317 nəfər əhali) qeydə alınmışdır.
KİBAROV Xalid Nüsrəddin oğlu
(13.5.1974, Özbəkistan Respublikası Səmərqənd ş. (Şamaxı r-nu Mədrəsə qəs. orduya çağırılmışdır) – 28.3.1993, Murovdağda itkin düşmüşdür).
KİÇİK SİYƏKİ
Şamaxı r-nu ərazisində dağ. Siyəki Cəngi çayının dərəsindən şm.- da iki zirvənin adıdır: Böyük Siyəki (792 m.), Kiçik Siyəki (787 m.). Tat dilindəki siyə (qara) və kü (dağ) sözlərindən düzəlib, “qara dağ” mənasındadır.
KOLANI
KOLANI YAŞAYIŞ YERİ
İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km aralıda Quşçu kəndinin cənub-şərqində yerləşir. Təqribən 20 hektar sahəyə malikdir. Kolanı yaşayış yerindən şərqdə Şərrər və Şıxbörkü abidələri yerləşir. Qərb tərəfdən Quşçu dağları ilə sərhədlənir.
KRAPİVİN Oleq Andreyeviç
KÜKÜRDLÜ DƏRƏ
Cabanı kəndinin torpaq sahəsində, onun cənub-qərb tərəfində yerləşir. Dərə suyunu Zoğalova çayının sol qollarından biri olan Sellaxana çayına sol tərəfdən axıdır. Dərədə Kükürd tərkibli süxurun olması adından məlumdur.
KÜP QƏBİRLƏR
Tarixi Azərbaycan ərazisinin şimalında geniş yayılmış qəbir tiplərindən olub, Mil-Qarabağ, Şirvan düzlərində və dağətəyi bölgələrdə, Kür çayı sahillərində qeydə alınmışdır. Küplərdə dəfnetmə adəti e.ə. I minilliyin ikinci yarısında başlanmış. eramızın 8 əsrinə qədər davam etmişdir.