İLXIÇI
Şamaxı r-nu ərazisində dağ. Pirsaat çayının sol sahilindədir. Hün. 673 m. Dağ keçmişdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş ilxıçı tayfasına məxsus yaylaq yurdu olduğu üçün belə adlandırılmışdır.
Şamaxı r-nu ərazisində dağ. Pirsaat çayının sol sahilindədir. Hün. 673 m. Dağ keçmişdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş ilxıçı tayfasına məxsus yaylaq yurdu olduğu üçün belə adlandırılmışdır.
(1912, Şamaxı r-nunun Hilmilli k. – 6.7.1943, Kursk, Krutoyluq k.) müharibədən əvvəl Bakıda mədən yolları idarəsində müxtəlif vəzifələrdə işləmişdir. Böyük Vətən müharibəsi başlanan kimi cəbhəyə yola düşmüşdür. O, Cənub və Qərb cəbhələrində, Stalinqrad, Voronej ətrafında döyüşlərdə iştirak etmişdir.
(? – ?) – alim, filosof. 11-12 əsr Şirvan elmi-ədəbi mühitində ən hörmətli simalardan biri olmuşdur. “İmam” rütbəsinə çatması böyük nüfuzundan xəbər verir. Bir sıra elmlər sahəsində, xüsusilə kəlam (nitq mədəniyyəti), riyaziyyat sahəsində böyük uğur qazanmışdı. Yaradıcılığında fəlsəfə, texniki təfəkkür və ədəbiyyat eyni dərəcədə əks olunmuşdu.
(14.4.1924, Şamaxı r-nunun Əngəxaran k. – 4.10.2011, Bakı) – Azərbaycan pedoqoqu, fizik, metodist. Pedaqoji e.d. (1973), professor (1975), SSRİ Pedaqoji EA müxbir üzvü (1985), 1955 ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmişdir. 1975 ildən fizikanın tədrisi metodikası kafedrasının müdiri olmuşdur.
(6.7.1958, Bakı) – filoloq, filologiya üzrə fəlsəfə doktoru (2002), dosent (2008). Sədi İmanovun qızıdır. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1981 ildən Bakı Dövlət Universitetində, 1991 ildən həmin universitetin humanitar fakültələr üzrə rus dili kafedrasında işləyir. 23 elmi məqalənin, 1 dərs vəsaitinin müəllifidir. Elmi konfrans və simpoziumların iştirakçısıdır.
Şirvan əhalisinin məişətində müxtəlif növ ipək parçalar mühüm yer tutmuşdur. Şirvan Azərbaycanda ipəkçiliyin qədim vətənlərindən sayılır. Burada ipəkçiliyin geniş yayılması sayəsində hələ orta əsrlərdə Şamaxı şəhəri Şərq ilə Qərb arasında mühüm ticarət bazalarından birinə çevrilmişdi. Buraya dünyanın bir çox ölkəsindən tacirlər gəlirdi.
( 20.4.1907, Şamaxı r-nunun Astraxanovka (ind. Qızmeydan) k. – ?) – Sosialist Əməyi Qəhrəmanı (1951). V. İ. Lenin adına sovxozda fəhlə (1936-56) işləmişdir. 1950 ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
(5.11.1961, Şamaxı r-nunun Ovculu k.) – tibb elmləri doktoru (2009), professor (2012). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1986 ildə həmin institutun Elmi Şurasının qərarı ilə “İnsan anatomiyası” kafedrasında baş laborant kimi əmək fəaliyyərinə başlamışdır. 2012 ildən həmin kafedranın professorudur.
(20.7.1935, Şamaxı r-nunun, Dilman k.) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1985), professor (1986), Azərbaycan Respublikasının əməkdar müəllimi (2010). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1969 ildən Azərbaycan Dövlət Tibb Universitetinin tibbi fizika və informatika kafedrasında çalışır.