HACIQƏDİRLİ
Şamaxı r-nu Hacıqədirli kənd i.ə.d.-nin mərkəzi. Şirvan düzündədir. Əhalisi 525 nəfər (2009), 94 təsərrüfatı var. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Şamaxı r-nu Hacıqədirli kənd i.ə.d.-nin mərkəzi. Şirvan düzündədir. Əhalisi 525 nəfər (2009), 94 təsərrüfatı var. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Azərbaycan Respublikasında, Şamaxı r-nunun Hacıqədirli kəndi yaxınlığındadır. 1966 ildə istifadəyə verilmişdir. Həcmi 1,22 mln. m3. Suvarmada istifadə edilir.
Əd.: ASE, X cild, Bakı, 1987, s.151
Şamaxı r-nu ərazisində palçıq vulkanı.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.222
(1929, Şamaxı ş. – 1987, Bakı) – Azərbaycanın ilk bərpaçı-rəssamı. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskvada Surikov adına Ali Rəssamlıq İnstitutunu bitirmişdir. İnstitutda oxuduğu illərdə Drezden qalereyasında sərgilənən məşhur Novqorod, Pskov, Vladimir və Suzdal ikonalarını, Kiyevin “Müqəddəs Sofiya” kilsəsinin mozaik kompozisiyalarını, Vilnüsdən Çürlyonisin qrafik əsərlərini, Ermitaj muzeyinin, Tretyakov qalereyasının, A.S.Puşkin adına İncəsənət Muzeyinin müxtəlif yağlı boya tablolarını bərpa və konservasiya etmişdir.
(1948, Şamaxı ş.) – idmançı, müəllim. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu olmuşdur. Rayon təhsil şöbəsi nəzdində idman məktəbinin direktoru, Çarhan kənd və Şamaxı şəhər 5 saylı orta məktəblərində idman müəllimi, Şamaxı şəhər stadionunun direktoru olmuşdur. Hazırda təqaüddədir.
(10.7.1950, Şamaxı ş.) – bərpaçı-rəssam, sənətşünas, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2010). Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bədii sərgi salonunda (1969-73), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyinin fılialı olan Elmi- bərpaçılıq emalatxanasında (1970-81) bərpaçı-rəssam işləmişdir.
Ağa Məhəmməd Hacı Әbdülsəlim oğlu (1879, Şamaxı – may, 1920, Gəncə) – Azərbaycan şairi, Azərbaycan ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi. Tacir ailəsində doğulmuş, atasını erkən itirmiş, nənəsinin himayəsində böyümüşdür. Şamaxıda dini təhsil almış, ərəb, fars dillərini, Şərq ədəbiyyatı, tarixi və fəlsəfəsini öyrənmişdir. 1890 illərdə M. Ә. Sabir, S. M. Qənizadə və b. ilə dostluq etmişdir.
Tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış qurum. 2004 ildən fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.