GİRDƏ
Şamaxı r-nu ərazisində, Ləngəbiz sıra dağlarının cənub-şərqində zirvədir. Dağ girdə formalı olduğuna görə belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s.202
Şamaxı r-nu ərazisində, Ləngəbiz sıra dağlarının cənub-şərqində zirvədir. Dağ girdə formalı olduğuna görə belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s.202
Baş Qafqaz silsiləsinin zirvəsi olub, Şamaxı və Quba rayonlarının sərhədindədir (hün. 2318m.). Qozlu çayı bu dağın cənub yamacından baş götürür. Gülümdostunun şəxs adı olması güman edilir. Ətraf ərazilərdən yay otlağı kimi istifadə etmiş şəxsin adıdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 213
Şamaxı r-nu ərazisində dağ. Dağın şimalda tərəfinin Pirsaat çayına baxan hissəsi dik qayadan ibarət olduğu üçün burada günəşin qabağı tutulduğundan və xeyli ərazi daim kölgədə qaldığından belə adlanır. Dağda eyniadlı müdafiə istehkamı və qala qalıqları var.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.215
Azərbaycan Respublikasında, Şamaxı r-nunun Hacıqədirli kəndi yaxınlığındadır. 1966 ildə istifadəyə verilmişdir. Həcmi 1,22 mln. m3. Suvarmada istifadə edilir.
Əd.: ASE, X cild, Bakı, 1987, s.151
Şamaxı r-nu ərazisində palçıq vulkanı.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.222
Şamaxı r-nu ərazisində çay. Kələnov yaylasından başlanır. Çay hazırda həm də Hacıməmmədin yaylağı adlanan Heyran yaylağının adı ilə adlandırılmışdır. Oğuzların heyranlı tayfasının adını əks etdirir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.225
Azərbaycan Respublikasında palçıq vulkanları. Әsasən, Şamaxı r-nunun cənub-şərq kənarında, Böyük Hərəmi və Kiçik Hərəmi silsilələrindədir. Böyük Hərəmi vulkanının krater sahəsində 200-dən çox sopka və qrifon var.
Şamaxı r-nu ərazisində sıra dağlar. Pirsaat çayının orta axarından ş.-də yerləşir. Tədqiqatçılara görə, adı qismən təhrifə uğramışdır. Əslində Xoşaməddin olmalıdır.
Şamaxı r-nu ərazisində dağ silsiləsi. Qozluçay və Çigil çaylarının suayrıcındadır. Dağ silsiləsi oradakı eyniadlı zirvənin adı ilə adlandırılmışdır. Tədqiqatçıların fikrincə, dağın adı Ouratel olmalıdır.
Şamaxı r-nu ərazisində dağ. Pirsaat çayının sol sahilindədir. Hün. 673 m. Dağ keçmişdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş ilxıçı tayfasına məxsus yaylaq yurdu olduğu üçün belə adlandırılmışdır.