DƏMİRÇİ
Şamaxı r-nu ərazisində palçıq vulkanı. Dəmirçi kəndindən 2.5 km. cənub-şərqində yerləşir. Ərazisində yerləşdiyi kəndin adını daşıyır.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.159
an
Şamaxı r-nu ərazisində palçıq vulkanı. Dəmirçi kəndindən 2.5 km. cənub-şərqində yerləşir. Ərazisində yerləşdiyi kəndin adını daşıyır.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.159
an
Şamaxı r-nu ərazisində çay. Pirsaat çayının qollarından biridir. Dəmirçi kəndinin yaxınlığından axdığı üçün belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.159
Adnalı kəndinin torpaq sahəsində, Alpout dağının şərq tərəfındə dağ. İkinci Dəmirli dağ Udulu kəndindən şərq tərəfdə Xoşaməddin silsiləsindədir. Hər iki dağa dəmirli adının verilməsi əraziyə ekspedisiyalar zamanı dağların dəmir rənginə çalmasının müşahidə edilməsi ilə bağlıdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.181
Şamaxı və Qobustan rayonları sərhədində, hər iki rayonun ərazisinə məxsus dağ. Çigil çayla Qozlu çayın arasında yerləşir (Suayrıcıda hün. 1238 m.). Duzan dağın adını təşkil edən “duz” və “an” birləşməsindən ibarət söz ilk baxışdan “duz” və “an” olan yer kimi (yəni duz olan dağ) anılmalıdır. Lakin Duzan dağın ərazisini nəzərdən keçirdikdə bura yaylavari düzən sahədir. Duzan ərazisi ona görə də əkin yeri kimi Qızmeydan və Hilmilli kəndlərinə məxsusdur. Rus dilli əhalinin bu ərazidə (19 əsrin) yerləşdirilməsindən sonra Düzən adlandırılan sahə rusların tələffüzünə uyğun olaraq, Duzan şəklinə düşmüşdür. Dağın adında relyefin xüsusiyyəti əksini tapmışdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.200
Əngəxaran yaxınlığında pir yeri. Burada yerin dərinliklərindən qaynayan çox gözəl suyu olan bulaq var. Qədimdə kənd əhalisi bu bulaqdan su daşıyırmış. “Eyğır” sözünün etimologiyasına gəlincə, fərz etmək olar ki, bu söz “Ayğır” sözündən formalaşmışdır.
Şamaxı r-nunda dağ. Ləngəbiz silsiləsinin cənub-qərbindədir. Dağ keçmişdə Əhmədxan adlı şəxsin yaylağı olmuşdur. Dağda Əhmədxan çadırı adlı yer də var.
Şamaxı r-nunun Əngəxaran kəndi ərazisində dağ. Hün. 1380 m. Dağın adı yerləşdiyi kəndin adından götürülmüşdür.
Şamaxı r-nununda min. bulaq. Köhnə Əngəxaran kəndinin xarabalığı yaxınlığında yerləşir. Suyu soyuq və kükürdlü olub, iki bulaqdan ibarətdir. Bulağın yerləşdiyi kəndin adından yaranmışdır.
Ləngəbiz silsiləsindən başlanaraq Şirvan düzünə doğru uzanan kiçik çay dərəsi. Çay dərəsi yaxınlığında Ovçulu kəndi yerləşir. Şirvan düzü hissəsində bu Əpçi qobu da adlanır. Əpçi çayı haqqındakı bir məlumatda yağıntılı vaxtlarda dərədən axan suyun acı olması ilə əlaqədar çay adının “Həbçi” kimi adlanmasını qeyd edənlər də vardır. Bu da həb-dərman mənasındadır.
Şamaxı r-nu ərazisində göl. Saqiyan kəndi yaxınlığında yerləşdiyi üçün Saqiyan gölü də adlanır. 730 m. hündürlükdə yerləşir. Şirin sulu, axarsız kiçik göldür. Mal-qaranı suvarmaq üçün istifadə edilir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.191