ÇARHAN palçıq vulkanı
Azərbaycan Respublikasının Şamaxı rayonunda palçıq vulkanı. Eyniadlı kəndin yaxınlığındadır. 140-dək sopka, salz və qrifonu var. Qaz, palçıq və neft çıxır.
Əd.: ASE, X cild, Bakı, 1987, s. 387
Azərbaycan Respublikasının Şamaxı rayonunda palçıq vulkanı. Eyniadlı kəndin yaxınlığındadır. 140-dək sopka, salz və qrifonu var. Qaz, palçıq və neft çıxır.
Əd.: ASE, X cild, Bakı, 1987, s. 387
Azərbaycan Respublikasının Şamaxı və Abşeron rayonlarında çay. Sumqayıt çayının sol qolu. Uzunluğu 68 km, hövzəsinin sahəsi 549 km2. Baş Qafqaz silsiləsindən başlanır. Əsasən, yağış suları ilə qidalanır. Suvarmada istifadə olunur.
Əd.: ASE, X cild, Bakı-1987 s.344
Sərdəxana dağ sistemində, Qozluçayın hövzəsində yerləşir. Bu yay otlağı öz adını oradakı gəz (haça), çökək kiçik dağın adından almışdır. Bu da ərazinin həm gəz relyefli (coğrafi termin) xüsusiyyətini, həm də çil sözündə daşlı sahələrin (bitki örtüyünün talalar şəklində yerləşərək görünməsi) landşaftını əks etdirir.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı “Elm”, 2009, s.189
Şamaxı r-nunun Qızmeydan k. ərazisində Pirsaat çayının sol sahilində yerləşir (hün. 1168 m). 1975-86 illərdə ərazinin toponimiyası haqqında ekspedisiyalar zamanı toplanılmış materiallarda Çobançatladan dağı haqqında ınüxtəlif xalq söyləmələri qeydə alınmışdır. Əslində isə Çobançatladan dağ adının ikinci paralelinin olması başqa fikir söyləməyə imkan verir. Burada dağın relyef xüsusiyyətləri öz əksini göstərir. Yəni dağın çayabaxar yamacları həddindən artıq sıldırım, çox maili yamacdan ibarətdir. Ona görə də bele relyefə malik yerlər çobanlar üçün çətinlik törədir, çobanı cana gətirir, az qalır ki, bağrı çatlasın.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.214
Şamaxı şəhərindən şimalda, Çuxuryurd kəndinin yaxınlığında min. bulaqlar. Müalicə üçün istifadə olunur. Adını yaxınlığındakı yaşayış məntəqəsindən almışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” II cild Bakı, “Şərq-Qərb”, 2007,s.144
Şamaxı r-nu ərazisində bulaq. Daban (dağın, qayanın aşağı hissəsi) və bulaq (su obyekti) komponentlərindən düzəlib, “dağın aşağı hissəsində qaynayan su” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” II cild Bakı, “Şərq-Qərb”, 2007, s.146
Şamaxı r-nu ərazisində dağ. Yerli əhalinin dilində Daşdı variantında səslənir. Dağın adı onun ərazisinin daşlı olması ilə əlaqədardır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.153
Şamaxı r-nu ərazisində çay. Çay başlandığı yerin adı ilə adlandırılmışdır. Deyri-muğan (zərdüştilərin və atəşpərəstlərin ibadət yeri) sözünün qısaldılmış forması olduğunu ehtimal etmək olar. Ərəb sözü olan deyr “monastır, kilsə”, məcazi mənada “Şərab satılan yer” mənalarında da işlənir. Tədqiqatçılar bu sözü “məbəd yeri” kimi izah edirlər.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.155
Dəlilər adlı yaylaqdan başlanır. Pirsaat yayının sağ qollarından biridir. Çanut çayının sağ qollarından biri Dəlilər adlanır. Çayın öz adını Dəlilər adlı elin tarixən istifadə etdiyi yaylaq adından aldığı güman olunur.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 278
Pirsaat çayının sol qollarından biridir. Ərciman kəndinin yuxarısından Pirsaat çayına qovuşur. Nurum yalağından başlanır. Leysan yağışlar zamanı məsafəsi qısa olduğuna görə tez daşır. Bu xüsusiyyətinə görə Dəlidurmuş adlanması güman olunur.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 276