ALLAHƏKBƏR DAĞI
Şamaxı şəhərindən cənubda (Şəhriyar qəsəbəsi ərazisində) yerləşir. Çox da yüksək olmayan yaylavari xarakterə malikdir. Bu ərazidə qədim yaşayış məskəni, qədim maddi mədəniyyət qalıqları mövcuddur.
Şamaxı şəhərindən cənubda (Şəhriyar qəsəbəsi ərazisində) yerləşir. Çox da yüksək olmayan yaylavari xarakterə malikdir. Bu ərazidə qədim yaşayış məskəni, qədim maddi mədəniyyət qalıqları mövcuddur.
Şamaxı r-nu ərazisində dərə. Alpout (kənd adı) və dərə sözlərindən düzəldilib, Alpout kəndinin dərəsi mənasını verir. 1917 ildə Şamaxıda Türk Alpout və Erməni Alpout adlı iki kənd qeydə alınmışdır.
Şamaxı r-nu ərazisində çay. Alpout dərəsindən axdığı üçün adını həmin dərədən almışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 50
Şamaxı r-nu ərazisində mineral bulaq. Arpa və bulaq sözlərindən düzəlib. Türkdilli xalqların toponomiyasında öz zənginliyi ilə seçilən arpa komponenti dənli bitkilərdən birinin adını bildirməklə yanaşı arma/arba/arpa variantlarında işlənən qədim türkdilli tayfa adını da ifadə edir.
Şamaxı r-nu ərazisində dağ. Tudar və Çigil çaylarının aşağı axınları arasında yerləşir. Hün. 798 m. Əsli Aşağılı olmalıdır. Mənası “aşağıda yerləşən, aşağıda yaşayanlar” deməkdir. Ərazinin iki çayın aşağı axınında yerləşməsi də bu izahın doğruluğunu sübut edir. Bəzi tədqiqatçılar dağın adını “aşagülü bitən dağ” kimi mənalandırırlar.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.52
Şamaxı r-nunda çay. Pirsaat çayının sol qolu olub, Ağsu çayı hövzəsinə daxildir. Mənbəyini Qırxbulaq dağından alır. Avaxılçay kimi də işlənir.
Əd: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.64
Azərbaycan Respublikasının Şamaxı r-nu ərazisində, Avaxıl çayının (Ağsu çay hövzəsi) sahilində, Avaxıl kəndi yaxınlığında mineral su bulağı.
Azərbaycanda ən böyük palçıq vulkanlarından biri. Şamaxı rayonu ərazisində, Paşalı stansiyası yaxınlığındadır. Nisbi hün. 3000 m-ə çatır.
Azərbaycan Respublikasının Şamaxı rayonu ərazisindədir. Maksimum hündürlük 669 m.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 1 cild, Bakı, 2009, s.215
Şamaxı r-nu ərazisində, Qobustanda, Gicəki dağında palçıq vulkanı. Hün. 45-50 m. Gicəkaxtarma da adlanır.