SİSÇAY
Şamaxı r-nu ərazisində çay. Mənbəyini Sisdağdan alaraq Sis kəndinin ərazisindən axdığı üçün çay belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007 s. 191
Şamaxı r-nu ərazisində çay. Mənbəyini Sisdağdan alaraq Sis kəndinin ərazisindən axdığı üçün çay belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007 s. 191
Şamaxı r-nu ərazisində dağ. Şamaxı şəhərinin cənub-qərbindədir. Şərqdən (Xəzər dənizi səmtindən) əsən küləklərin qarşısını aldığı üçün dağ belə adlandırılmışdır və beləliklə adında onun coğrafi mövqeyi əks olunmuşdur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”Bakı, II cild, “Şərq-Qərb”, 2007 , s. 196
Şamaxı r-nu ərazisində dağ. Sündürdağ variantında da işlənir. Cəngi çayından sağdadır. Hün. 676 m. Sunqurdağ sözünün təhrif olunmuş variantıdır. Türk dillərindəki sunqur (quş adı) sözündən əmələ gəlmişdir. Türk dillərində bu söz həmçinin şonqur formasında işlənir və şunqar quş adını əks etdirir. O/u səs əvəzlənmələri isə türk dilləri üçün səciyyəvidir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” II cild, Bakı, “Şərq-Qərb”, 2007 , s. 202
Şamaxı r-nu ərazisində dağ. Bir sıra tədqiqatçıların fıkrincə, dağın adı türk dillərindəki takır (bitki örtüyü olmayan, zəif bitki örtüyü) sözünün fonetik variantıdır. Dağın fiziki-coğrafi keyfiyyətləri də bu fikri təsdiqləyir. Türkiyə (Tekirtaq), Türkmənistan (Takırkol), Qazaxıstan (Takır, Ak-Takır), Xakas (Taxırtaq), Kabardo-Balkar (Baştakır), Tuva (Taxır Tayqa), Rusiya (Tagil, Nijni Tagil) toponimiyasında da bu coğrafı termin işlənmişdir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” Bakı, II cild, “Şərq-Qərb”, 2007, s. 229
Şamaxı r-nunun şimal-qərb hissəsində əsasən Çigil çayın hövzəsindədir. Adından məlum olduğu kimi, taxta düzən sahə kimi xatırlanır. Taxta yaylaq (hün. 1500-1600 m.) düzənlik səthi ədəbiyyatda qeyd edilir. Taxta yaylaq sistemində Taxta Mərəzə, Taxta Yaylaq, Taxta Kolanı, Taxla Baloğlan, Taxta Cəyirli yaylaqları (Çigil çayın sağ sahilində); sol sahilildə isə Taxta Paşalı yaylağı yerləşir. Taxta sözü isə relyef formasının yüksəklikdə düzənlik olduğunu əks etdirir.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.201
Şamaxı r-nunun Ərçiman kəndi ərazisindədir. Ərçiman kəndinin şimal-şərq hissəsində Sərdəxan yaylağından cənubda yerləşir. Burada geniş sahəyə malik da üstü düzənlik Uğuz düzü və ya Uğuz yurdu adlanır. Yerin adı ilə əlaqədar buradakı mineral bulaq da Uğuz yurdu bulağı adlanır.Uğuz yurdu bulağının adını oğuzlarla bağlı alması ehtimalı güclüdür.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 283
Şamaxı r-nu ərazisində mineral bulaq. Çuxuryurd kəndindən cənub-qərbdədir. Bulağın adı yerləşdiyi eyniadlı düzün adından yaranıb, “böyük düz” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, Bakı, II cild, “Şərq-Qərb”, 2007, s. 255
Şamaxı r-nu ərazisində Pirsaat çayının sol tərəfındəki Çobançatladan dağının şərq tərəfındə Əhmədli (Kürdəmic) kəndinin torpaq sahəsindədir. Utuq çayı Gilgilçayın qoludur. Kəndin ərazisindən axdığından Utuq çayı adlanmışdır.19 əsr mənbələrindən məlum olur ki, Utuqlular tarixən Şirvanda heyvandarlıqla məşğul olaraq yaşamışlar. Bakı quberniyası Şamaxı qəzasında Kürdəmir sahəsində Utuqlu köçü (26 ailə, 91 nəfər ) qeydə alınmşdır. Bəzi türk dillərində isə Utuq suvarılan biçənək, otlaq, tarla anlamında da işlədilir.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 254
Qozlu çayının yuxarı axınında sol qollarından birinin adıdır. Burada eyni adlı (Xaladar yaylağı, Xaladar meşəsi) yaylaq və meşə də mövcuddur. Əslində xaladar sözü Kələdar sözünün təhrif forması olmalıdır.