QAVROM
Şamaxı r-nu ərazisində dağ. Yerli əhalinin dilində bülöv daşına qavaram deyilir. Ad dağın süxurlarının bülöv daşından ibarət olduğunu bildirir.
Şamaxı r-nu ərazisində dağ. Yerli əhalinin dilində bülöv daşına qavaram deyilir. Ad dağın süxurlarının bülöv daşından ibarət olduğunu bildirir.
Şamaxı r-nu ərazisində, Pirsaat çayının sol qolları olan Bala dərə, Gendərə çaylarının başlandığı sahədir.Qaya Xəlil yaylağının zirvələri Böyük Qafqazın suayrıcını təşkil edir. Tarixən buradan yay otlağı kimi istifadə etmiş Şirvanda yaşayan Xəlilli tayfasının və ya Xəlil adli şəxsin adı ilə əlaqədar adlanmışdır ki, həm də qaya sözündə ərazinin relyef xüsusiyyəti öz əksini tapmışdır.
Şamaxı r-nu ərazisində dağ. R-nun şimal hissəsində yerləşir. Hün. 865 m. Bu ad orada mövcud olmuş Qayıblar pirinin adı ilə əlaqədardır. Pirin adı isə “qeyb olanlar, yox olanlar” mənasında olub, müxtəlif əfsanə və rəvayətlə bağlıdır.
Şamaxı r-nu ərazisində dağ. Tədqiqatçıların fıkrincə, xarici görünüşünə, kənardan qazana oxşadığına görə dağa belə ad verilmişdir.
Çigil çayı hövzəsində yerləşir. Əvvəllər Şamaxı qəz. Qırx təpə adlı yaylaq olmuşdur. Sonralar isə Qızmeydan kəndinə məxsus hesab edilən ərazidə qırx təpə olduğundan belə adlanmışdır. Burada həm relyefin müsbət təpə forması və həm də sayı (qırx) məkanın adında əks olunmuşdur. Qırx təpə mənşəyinə görə fəaliyyətdən qalmış palçıq vulkanı konuslarından ibarətdir.
Şamaxı r-nu ərazisində dağ. Hün. 1017 m. Adı qız (burada isti, vulkan mənşəli) vo qalaş/qala/qalac (üstü yumru, yumru baş) komponentlərindən düzəlib, “isti, vulkan mənşəli yumru başlı dağ” mənasındadır.
Şamaxı r-nunun ərazisində dağ. Adı qız (burada “səngər, sığınacaq”) və təpə komponentlərindən düzəlib, “sığınacaq olan təpə” mənasındadır.
Şamaxı r-nu ərazisində çay. Sumqayıt çayının qoludur. Mənbəyini Quba r-nunundakı Gülümdostu dağının c.-ş. yamacından (200 m. yüksəklikdən) alır. Qaracüzlü (Şamaxı r-nu) kəndi yaxınlığındakı Çigil çayı ilə birləşəndən sonra Cəngi çayı adlanır. Çayların adı axdığı ərazidə qoz ağaclarının bolluğu ilə əlaqədardır.
Qonaqkənd kəndinin ərazisində, kəndin cənub-şərq tərəfindən Pirsaat çayının sol sahilində yerləşir. Quru sözü dağın iqliminin quru, bitki örtüyünün kasıb olmasını bildirir. Əslində 500-700 m-dən yüksəkdə yerləşən ərazilərdə quru sözü iştirak edən yerlər çöl və meşə-çöl zonasında özünəməxsus iqlimini, landşaft xüsusiyyətlərini əks etdirir. Həmin ərazi təbii qanunauyğunluqdan kənaraçıxma olaraq Quru dağ adlanmışdır.
Şamaxı r-nunun qərbində dağ. Hün. 725 m. Əsl adının Sığırçıxmaz olduğu söylənilir. Türk dillərində sığır sözünün “inək” mənasında işlənməsini nəzərə alaraq “inək çıxa bilməyən dağ” kimi izah olunur. Türk dillərində “xam göndən tikilmiş ayaqqabı” da sağır adlanır. Görünür, dağ yamacının dikliyinə görə oraya sağır adlanan ayaqqabı ilə çıxmaq mümkün olmadığından dağ belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 169