GÜLALIYEV Mayis Gülalı oğlu
(17.10.1960, Şamaxı r-nunun Məlikçobanlı k.) – filosof, fəlsəfə üzrə fəlsəfə doktoru (1991). Azərbaycan Dövlət Universitetini bitirmişdir.
(17.10.1960, Şamaxı r-nunun Məlikçobanlı k.) – filosof, fəlsəfə üzrə fəlsəfə doktoru (1991). Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Baş Qafqaz silsiləsinin zirvəsi olub, Şamaxı və Quba rayonlarının sərhədindədir (hün. 2318m.). Qozlu çayı bu dağın cənub yamacından baş götürür. Gülümdostunun şəxs adı olması güman edilir. Ətraf ərazilərdən yay otlağı kimi istifadə etmiş şəxsin adıdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 213
Azərbaycanda orta əsr qalası. Şamaxı şəhərinin şimal-qərbində, Qız qalası dağındadır. 9 əsrdən mövcud olduğu ehtimal edilir. Qalanın ön istehkamı dağın yamac hissəsində, narınqalası isə zirvəsində tikilmişdir.
Bəydəmirov Gülümxan Qardaşxan oğlu (15.7.1950, Şamaxı r-nunun Ərəbşalbaş k.) – rəssam, xəttat. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə yaxından məşğuldur.
İlk orta əsr abidəsi. Şamaxı ş. 15 km cənubda yerləşir. Qırlıq dağının şimal ətəyində yerləşən bu abidə 5-6 hektar sahəni əhatə edir. Yaşayış yeri cənubdan Qırlıq dağı, şərqdən Alakol dərəsi, şimal və şimal-qərbdən İrəvan dərəsi ilə sərhədlənir. İrəvan dərəsinin sağ tərəfində Möhrətəpə adlı yerdə çiy kərpicdən tikilmiş bürcün qalığı vardır. Dairəvi formada hörülmüş bürc gözətçi məntəqəsi rolunu oynamışdır.
Şamaxı r-nu ərazisində dağ. Dağın şimalda tərəfinin Pirsaat çayına baxan hissəsi dik qayadan ibarət olduğu üçün burada günəşin qabağı tutulduğundan və xeyli ərazi daim kölgədə qaldığından belə adlanır. Dağda eyniadlı müdafiə istehkamı və qala qalıqları var.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.215