BABAYEV Əliheydər Xanbaba oğlu
(15.3.1932, Şamaxı r-nunun Təklə k. – 3.6.2010, Bakı) – geoloq, geologiya-mineralogiya elmləri namizədi (1970). Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Bir sıra elmi idarələrdə bölmə və laboratoriya rəhbəri, Azərgeofizika ETİ-nin aparıcı elmi işçisi olmuşdur. Tədqiqatları əsasən hidrogeologiya, regional geologiya, neftli-qazlı rayonların geoloji quruluşunun araşdırılmasına aiddir.