AŞIQ ŞƏRBƏT
AŞIQ XANIŞ
Zahidov Xanış Xeyrulla oğlu (1932, Şamaxı r-nunun Nabur k.) – el aşığı. Babası, nənəsi, anası sinədəftər el şairi, əmisi Şirsoltan Zahidov isə öz dövrünün ən məhşur aşıqlarından biri olmuşdur.
AŞIQ XANMUSA
ASLANOV Həmidulla İsrafil oğlu
(16.2.1950, Şamaxı r-nunun, Cəyirli k.) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1996), professor (1997). Bakı Dövlət Universitetini bitirmişdir. Əsas tədqiqat sahəsi diferensial operatorların spektral nəzəriyyəsi ilə bağlıdır.
AŞURBƏYLİ Sara Balabəy qızı
(27.1.1906, Bakı – 17.7.2001, Bakı) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1966), əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət laureatı (1986). İstanbulda Janna dArk adına fransız kollecini (1925), Azərbaycan Dövlət İnstitutunun Şərq (1930) və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər (1941) fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir.
ATAKİŞİYEV İsabala Əli oğlu
(1974, Şamaxı ş. – 1993, Füzuli r.) – Qarabağ müharibəsi şəhidi. C.Cəbrayılbəyli adına orta məktəbi bitirmişdir. 1992 ildə əsgəri xidmətə yola düşmüşdür. Könüllü olaraq döyüş bölgəsinə yollanmışdır. Döyüş yolu Çıldırandan başlamışdır. 1993 ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur.
Məlumat ailəsindən alınmışdır.
ATAKİŞİYEV Sahil Durasan oğlu
ATAKİŞİYEVA Məsmə Əlimərdan qızı
(21.3.1924, Şamaxı – 2.3.1999, Bakı) – Azərbaycan muəllimi, Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Әməyi Qəhrəmanı (1968). Pedaqoji fəaliyyətə 1940 ildə Kürdəmir rayonunda başlamış, 1943-68 illərdə Ağsu şəhər orta məktəbində sinif müəllimi işləmişdir.
AXSİTAN I
Әxsitan, Aqsartan (? – təqr. 1196/97; başqa məlumata görə təqr. 1203/04) – Şirvanşah [təqr. 1160 – təqr. 1196/97; başqa məlumata görə təqr. 1149 – təqr. 1203/04], II Mənuçöhrün oğlu. Axsitanın hakimiyyəti zamanı Şirvan çox qüvvətlənmişdi.