MEHRƏLİYEV Eybalı Qara oğlu
(1930, Ağsu r-nunun Bico k. – 2011, Bakı) – Azərbaycan coğrafiyaçısı, coğrafiya elmləri doktoru (1991), professor. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan EA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi, İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent vəzifəsində işləmişdir.