MAHMUD AĞA Əhməd ağa oğlu
1826, Şamaxı ş. – 1902, Şamaxı ş.) – mesenat, incəsənət humayəçisi. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. 19 əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın qonağı olmuşlar. Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı Qaqarinin və b. bu haqda məlumatları maraq doğurur.