Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

Cari bölmə: Simalar


  • Elm və sənət adamları
  • Ə
  • Görkəmli şəxsiyyətlər
  • Simalar

ƏLVƏNDİ

Məlikov Məhəmmədbəy (1872, Şamaxı – 1918) – Azərbaycan aktyoru. Səhnə fəaliyyətinə 1890 illərdə Bakıda başlamışdır. Sonralar, əsasən, “Nicat” cəmiyyəti nəzdindəki teatr truppasında çıxış etmişdir. Rolları: Heydər bəy (“Hacı Qara”, M. F. Axundov), Әşrəf bəy, Rüstəm bəy (“Yağışdan çıxdıq, yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”, N. B. Vəzirov), şah Təhmasib (“Nadir şah”, N. Nərimanov), Murtuzaqulu xan (“Ağa Məhəmməd şah Qacar”, Ә. B. Haqverdiyev), Qəhtan (“Dəmirçi Gavə”, Ş. Sami), Osip (“Müfəttiş”, N. Qoqol), Yaqo (“Otello”, V. Şekspir), təbib (“Zorən təbib”, J. Molyer) və b. Әlvəndinin yaratdığı obrazlar həyatiliyi, bədii dolğunluğu ilə fərqlənirdi.

Ətraflı oxu

ƏLYARBƏYOV Tərlan bəy Abdulla bəy oğlu

Terlan_eliyarbeyov(28.11.1892, Şamaxı – 15.2.1956, Bakı) – hərbi xadim, general-mayor (1944). Tiflis hərbi məktəbini bitirmişdir (1914). Hərbi xidmətə rus ordusunda başlamış, Birinci dünya müharibəsində (1914-18) Şamaxı polku tərkibində rota və batalyon komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o, Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasında məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi. Cümhuriyyətin süqutuna qədər Bakı və onun rayonlarının hərbi rəisi vəzifəsini icra edərkən T.Əlyarbəyov podpolkovnik rütbəsində idi.

Ətraflı oxu

ƏMRALI Abdulla İslam oğlu

(1925, Cənubi Azərbaycanın Ərdəbil ş. Yaxınlığındakı Nünəkəran k.) – Sosialist Əməyi Qəhrəmanı (1951). Şamaxıda V.İ.Lenin adına sovxozda fəhlə, briqadir (1946-59) işləmişdir. Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra (1965) həmin sovxozda təsərrüfat işləri üzrə direktor müavini vəzfəsində çalışmışdır. 1950 ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.

Ətraflı oxu

ƏSƏDLİ  Könül Xanqulu qızı

konul_esedli(2.10.1979, Ağsu r-nun Çaparlı k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (2008). Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsində çalışır (2002). Hazırda həmin institutun böyük elmi işçisidir. 1 monoqrafiyası, bir sıra məqalə və tezisləri nəşr olunmuşdur.

Ətraflı oxu

ƏSGƏROV Fariz Telman oğlu

esgerov-fariz(28.4.1972, Şamaxı r-nunun Mərzəndiyə k. – 2.4.1993, Kəlbəcər rayonunda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.

Ətraflı oxu

ƏSKƏROV Tahir Tanqah oğlu

tahir_eskerov-web(24.6.1937, Şamaxı r-nunun Əngəxaran k. – 4.7.2000, Bakı) – zooloq, biologiya elmləri namizədi. Bakı Balıqçılıq Texnikumunu və Moskva Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışmış, balıqçılıq təsərrüfatlarına rəhbərlik etmişdir.

Ətraflı oxu

ƏTŞAN ŞİRVANİ

Molla Əliabbas Ətşan Şirvani (?, Şamaxı ş. – 1918, Gəncə ş.) – şair, müəllim. Şair Abbas Səhhətin atasıdır. Ərəb və fars dillərini mükəmməl bilmiş, fars və Azərbaycan dillərində şeirlər yazmışdır. Bu əsərlər məhəbbət mövzusunda qəzəllər, dini mövzuda mərsiyələr, ailə-məişət mövzusunda satirik şeirlər idi. Şeirlərinin az bir qismi məlumdur. Uzun müddət müəllimlik etmişdir. Oğlu Abbas Səhhətlə eyni gündə Gəncədə vəfat etmiş və orada dəfn olunmuşdur.

Ətraflı oxu

ƏYYUBOVA Mələkxanım

melekxanim_eyyubova(5.11.1962, Şamaxı ş.) – xanəndə, Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Muğam sənətinin sirlərini Qulu Əsgərovdan öyrənmişdir. 1980 ildə yeni yaradılmış “İrs” folklor ansamblına dəvət olunmuş və qədim xalq mahnılarını böyük ustalıqla ifa etmişdir. 1984 ildə Azərbaycan Dövlət Televiziya və Radiosuna solist kimi cəlb edilmişdir. S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşayiəti ilə yazdırdığı bir sıra bəstəkar mahnıları və zərb muğamları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.

Ətraflı oxu

ƏZİZBƏYOV Şamil Əbdürrəhim oğlu

samil_ezizbeyov(16.2.1906, Şamaxı – 14.5.1976, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya e.d. (1943), prof. (1944), Azərbaycan SSR EA akademiki (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1960), Azərbaycan SSR EA vitse-prezidenti və Azərbaycan SSR EA geologiya-kimya elmləri və neft bölməsinin sədri (1945-47), Azərbaycan SSR EA Rəyasət Heyətinin üzvü və Yer elmləri bölməsinin akademik katibi (1959-76) eyni zamanda Geologiya İnstitutunda petrologiya laboratoriyasının rəhbəri (1947-76) olmuşdur. Әzizbəyov Qafqazın geologiyasına, maqnetizminə və metallogeniyasına dair bir sıra aktual problemləri həll etmişdir.

Ətraflı oxu

ƏZİZBƏYOVA Zibeydə Salam qızı

Zibeydə_Əzizbəyova(30.12.1915, Şamaxı – 10.5.1985, Bakı) – bitki fizioloqu, biologiya e.d. (1965). 1967 ildən Azərbaycan SSR EA L.M. Komarov adına Botanika İnstitutunda bitkilərin duza davamlığı laboratoriyasının müdiri olmuşdur. Әsas tədqiqatı bitkilərin duza davamlığını öyrənməyə həsr edilmişdir. Әzizbəyovanın elmi kadrlar hazırlanmasında da xidməti var.

Ətraflı oxu

Posts navigation

← Older posts
Newer posts →

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar

  • QƏNİ Tariyel Seyfəddin oğlu

    (14.6.1983, Şamaxı) – folklorşünas, filologiya üzrə fəlsəfə doktoru (2010), dosent. Azərbaycan...

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO