ƏFƏNDİYEV Hidayət Ağəli oğlu
(1.8.1908, Şamaxı ş. – 29.4.1979, Bakı) – Azərbaycan ədəbiyyatşünası, tənqidçi, filologiya elmləri doktoru (1973). Bakı müəllimlər seminariyasını bitirmiş, Şamaxıda I və II dərəcəli məktəblərdə müəllimlik etmişdir.
(1.8.1908, Şamaxı ş. – 29.4.1979, Bakı) – Azərbaycan ədəbiyyatşünası, tənqidçi, filologiya elmləri doktoru (1973). Bakı müəllimlər seminariyasını bitirmiş, Şamaxıda I və II dərəcəli məktəblərdə müəllimlik etmişdir.
(1910, Şamaxı – 30.5.1967, Bakı) – Azərbaycan aktyoru, rejissor. Azərbaycan SSR əməkdar artisti (1943). 1932 ildən Bakı Türk İşçi Teatrında aktyor kimi fəaliyyətə başlamış, 1939 ilədək Kirovabad (indiki Gəncə) Dram Teatrında çıxış etmişdir.
(1.1.1938, Şamaxı r-nunun., Çarhan k.) – fəlsəfə elmləri namizədi (1973). Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. BDU-nun politologiya və sosiologiya kafedrasının dosentidir.
(23.9.1897, Şamaxı – 1984, Bakı) – terapevt. Tibb e.d. (1934), professor (1936). Azərbaycan SSR əməkdar elm xadimi (1957). Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri (1944 ildən) olmuşdur.
(2.2.1867, Şamaxı – 01.05.1918, Qusar r-nunun Əniq k.) – Azərbaycan etnoqrafı, pedaqoq. Qori müəllimlər seminariyasını bitirmiş (1888), əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir.
(18.5.1939, Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (2009). Azərbaycan Dövlət Universitetini bitirmişdir. SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun beynəlxalq hüquq şöbəsində (1968-71), P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin beynəlxalq hüquq kafedrasında (1971-74), Hindistandakı SSRİ səfirliyində (1974-77) işləmişdir. Moskva Maliyyə İnstitutunun hüquq kafedrasında dosent (1977-90), Azərbaycan Respublikasının Ali Sovetinin hüquq şöbəsində aparıcı mütəxəssis (1990-91), Azərbaycan Dövlət İqtisad Universitetinin hüquq kafedrasının müdiri (1991-97) vəzifələrində çalışmışdır.
(9.5.1946, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1997), Azərbaycan MEA-nın müxbir üzvü (2007). Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, “Qazımada geoloji-texnoloji proqnozlaşdırma” sektorunun rəhbəri işləmiş (1970-96), 1996 ildən “Quyuların qazılmasının geoloji şəraiti” (hal-hazırda “Quyuların qazılması texnologiyası”) şöbəsinin rəhbəri, 2003 ildən bu günə kimi isə, Azərbaycan MEA-nın Geologiya (hal-hazırda Geologiya və Geofizika) lnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir.
(18.1.1916, Bakı – 2.1.1973, Bakı) – bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Dövlət Filarmoniyasında konsertmeyster, instrumental heyətin rəhbəri, dirijor köməkçisi və orkestrin bədii rəhbəri olmuş, respublikanın mahnı və rəqs ansamblının dirijoru və bədii rəhbəri vəzifəsində çalışmış, 1938 ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak etmişdir.
(26.5.1887, Şamaxı – 21.4.1938) – Azərbaycanın sovetləşməsində fəal iştirak etmiş partiya və dövlət xadimi.1903 ildən fəhlə hərəkatına qoşulmuş, marksist dərnəklərdə iştirak etmişdir. 1904 ildə Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasına (RSDF(b)P) daxil olmuşdur. “Hümmət” bolşevik Əfəndizadə”, “Məhbus”, “Səma” və b. imzalarla mətbuatda yazıları dərc olunmuşdur.
(20.03.1907, Şamaxı ş. – 1998, Bakı) – Azərbaycan elektrotexniki, Azərbaycan SSR EA akademiki (1969; müxbir üzvü,1955), texnika elmləri doktoru (1952), professor (1953). 1931 ildə M.İ.Kalinin adına Leninqrad Politexnik İnstitutunu bitirmişdir.