ŞAMAXININ MƏNƏVİ MƏDƏNİYYƏTİ
Mövcud elmi araşdırmalar, ümumiləşdirilmiş əsərlər və dəyərli mənbələr onu deməyə əsas verir ki, Şamaxı ərazisi qədim mədəniyyət mərkəzlərindən biri olaraq, zəngin və çoxəsrlik mədəniyyəti ilə nəinki Azərbaycanda, eləcə də, qədim Şərqin iqtisadi və mədəni həyatında ənənəvi rolunu və əhəmiyyətini itirməmişdir.