ELDAROVA Həbibə Qadir qızı
(1959, Ağsu r-nunun Kalva k.) – Azərbaycan Respublikasının əməkdar müəllimi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Şamaxı şəhər 6 saylı orta məktəbdə başlamışdır.
(1959, Ağsu r-nunun Kalva k.) – Azərbaycan Respublikasının əməkdar müəllimi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Şamaxı şəhər 6 saylı orta məktəbdə başlamışdır.
Osmanov Elxan Əbdürrəhman oğlu (19.12.1962, Şamaxı r-nunun Sis k.) – Azərbaycan yazıçısı, detektiv ustası. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Doğulduğu kənddə fizika-riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışmışdır.
(14.10.1963, Kürdəmir r-nunun Axtaçı k.) – ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının ümumelmi fənlər kafedrasının müdiridir. Şamaxı rayon Təhsil Şöbəsinin müdiridir.
(23.8.1953, Şamaxı r-nunun Göylər k.) – Azərbaycan neyrocərrahı, tibb elmləri doktoru (2012), Azərbaycan Respublikasının əməkdar həkimi (2010). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
Evliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (25.3.1611, İstambul – 1679, 1682 və ya 1685) – türk səyyahı, coğrafiyaşünas. Mədrəsədə təhsil almış, ərəb, fars, latın, yunan, tatar və s. dilləri mükəmməl öyrənmişdi.
Əngəxaran yaxınlığında pir yeri. Burada yerin dərinliklərindən qaynayan çox gözəl suyu olan bulaq var. Qədimdə kənd əhalisi bu bulaqdan su daşıyırmış. “Eyğır” sözünün etimologiyasına gəlincə, fərz etmək olar ki, bu söz “Ayğır” sözündən formalaşmışdır.
(1.4.1949, Şamaxı r-nunun, Bəklə k.) – riyaziyyatçı, riyaziyyat üzrə fəlsəfə doktoru (1979), dosent. BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1985 ildən BDU-nun tətbiqi riyaziyyat kafedrasında çalışır. Tədqiqat sahəsi ümumiləşmiş əmsallı xüsusi törəməli diferensial operatoroların spektral nəzəriyyəsi ilə bağlıdır.
(1.1.1939, Şamaxı r-nunun Məlikçobanlı k. – 24.6.2006, Şamaxı ş.) – coğrafiyaçı, coğrafiya elmləri namizədi (1971), dosent (1977). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Şamaxı rayonunun Nərimankənd və Məlikçobanlı kəndlərində müəllim və məktəb direktoru olmuşdur.
(14.3.1970, Bakı) – coğrafiyaçı, coğrafiya üzrə fəlsəfə doktoru. Bakı Dövlət Universitetini bitirmişdir. 1998 ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda əvvəl böyük elmi işçi vəzifəsində, daha sonra “Hidroloji proqnoz və su ehtiyatlarının tədqiqi” şöbəsinin müdiri, Azərbaycan Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin “Kontraktlar” şöbəsində mühəndis vəzifəsində çalışmışdır.