AĞAYEV Ömər Ağacahangir oğlu
(1.1.1928, Şamaxı r-nunun Leninabad k.) – istehsalat qabaqcılı, Sosialist Әməyi Qəhrəmanı (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). Әmək fəaliyyətinə 1944 ildən başlamışdır.
(1.1.1928, Şamaxı r-nunun Leninabad k.) – istehsalat qabaqcılı, Sosialist Әməyi Qəhrəmanı (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). Әmək fəaliyyətinə 1944 ildən başlamışdır.
(1959, Şamaxı r-nunun Bağırlı k. – 26.1.1992) – Qarabağ müharibəsi şəhidi.
Məlumat ailəsindən alınmışdır.
Azərbaycan Respublikasının Şamaxı r-nu ərazisində, Ləngəbiz silsiləsində dağ. Hün. 718 m.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.174
Şamaxı r-nu ərazisində dağ. Adını eyniadlı bulaqdan alımışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 17
Şamaxı r-nu ərazisində mineral bulaq. Ağca (içməyə yararlı) və bulaq sözlərindən yaranıb, “içməyə yararlı su” deməkdir.
Şamaxı r-nu ərazisində dağ. Ağ (kiçik) və qılınc (klinc/kılnc/qiliç/qilinc – türk dillərində, o cümlədən Azərbaycan dilində “dağ yalı”, “dağ üstü”) sözlərindən düzəlib, “kiçik dağ yalı” deməkdir.
Azərbaycan Respublikasında, əsasən, Ağsu, Kürdəmir və Şamaxı rayonları ərazisində çay. Uz. 89 km, hövzəsinin sahəsi 572 km². Niyaldağ silsiləsində Sarıbulaq dağından (2110 m) başlanır, kanalla Kür çayına axıdılır.
Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonları arasında, Ləngəbiz silsiləsində aşırım. Hün. 250-840 metrədəkdir.