AĞABABA ZÜHURİ
Ağababa Məşhədi Abdulla oğlu (1848, Şamaxı – 1911, Bakı) – şair. Tacir ailəsində doğulmuş, ərəb, fars dilini, ədəbiyyatı mükəmməl öyrənmişdir. Məktəbdarlıq etməklə yanaşı, “Beyt üs-səfa” ədəbi məclisinin fəal üzvü olmuşdur.
Ağababa Məşhədi Abdulla oğlu (1848, Şamaxı – 1911, Bakı) – şair. Tacir ailəsində doğulmuş, ərəb, fars dilini, ədəbiyyatı mükəmməl öyrənmişdir. Məktəbdarlıq etməklə yanaşı, “Beyt üs-səfa” ədəbi məclisinin fəal üzvü olmuşdur.
(1898, Şamaxı – 28.2.1956, Bakı) – Azərbaycan tibb alimi, tibb e.d. (1935), professor (1938), Azərbaycan SSR əməkdar həkimi (1942). Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir (1924).
Ağəli bəy Әfəndizadə (1856, Şamaxı – 1918, Şamaxı) – Azərbaycan şairi. 19 yüzillikdə Şamaxıda fəaliyyət göstərmiş şairlər məclisi olan “Beyt üs-səfa”nın üzvü olmuşdur. Qəzəllərində Füzuli ədəbi məktəbinin güclü təsiri duyulur.
İsrafilbəyli Ağakərim Ağaisrafil oğlu (4.12.1948, Şamaxı r-nunun Qaladərəsi k.) – xanəndə. Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır.
(15.12.1906, Şamaxı – 15.8.1981, Bakı) – Azərbaycan paleontoloqu, geologiya-mineralogiya e.d., prof. (1964). 1949-57 illərdə Türkmənistan SSR EA (1951 ilədək SSRİ EA filialı) Geologiya İnstitutunun paleontologiya laboratoriyasının rəhbəri olmuşdur.
(? – 1786, Bakı) – Şamaxı xanı [1765 – 68, 1774]. Xançobanı tayfasından idi. 18 əsrin ortalarında qardaşı Məhəmmədsəid xanla birlikdə 1734 ildə dağıdılmış Şamaxı şəhərini bərpa edərək özünü xan elan etdi. Qubalı Fətəli xan Şamaxını alarkən (1768) Ağası xan həbs olundu və gözləri çıxarıldı. 1769 ildə Qarabağa qaçmışdır.
(21.5.1940, Şamaxı r-nunun Çağan k.) – Azərbaycan Respublikasının əməkdar müəllimi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi. M.Ə.Sabir adına Pedaqoji Məktəbi və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir.
(1.6.1941, Şamaxı r-nunun Göylər k.) – inşaat texnikası sahəsində Azərbaycan alimi, texnika e.d. (1991), professor (1994). Azərbaycan Politexnik İnstitutunu (1963) bitirmişdir. 1984 ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin ağac və plastik kütlə konstruksiyaları kafedrasında çalışır.