Şamaxı rayonu ərazisində min. bulaq. Qırxbulaq çayının sol sahilində, Çağan kəndi yaxınlığındadır. Kükürdlü və isti bulaqdır. Yerli əhali tərəfindən yel və dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Hidronim monqol dilindəki çağan (sağan) sözündən olub, “ağ; qaynayan” deməkdir. Suyun keyfiyyətini təyin edir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007 s.128