Şamaxı rayonu Bağırlı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 30 km cənubda, Ləngəbiz silsiləsinin Şirvan düzünə baxan ətəyindədir. Әhalisi 2253 (2008); taxılçılıq və maldarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, antik dövrə aid küp qəbirləri nekropolu var.
Vaxtilə Şirvanda maldarlıqla məşğul olmuş Bağırlı elatı Şirvan düzündə dağətəyi sahədə oturaq həyata keçərək Bağırlı kəndini təşkil etmişlər.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s.26
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 74
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.90