(1732-1785), – 18 əsr Azərbaycan şairi. Həyatı haqqında məlumat çox azdır. M.P.Vaqifin müasiri olmuş, heca vəznində yazıb-yaratmışdır. 18 əsrin ikinci yarısı Azərbaycan şeirindəki realist meyilləri əks etdirən “Can ilə Cəsədin bəhsi” əsərində dünyəvi və irfani görüşlərin qarşılaşmasını təsvir etmişdir. Əsərdə can (ruh) irfanin, cəsəd isə dünyəviliyin rəmzi və təcəssümü kimi göstərilmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s. 578