Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il martın 1-də Müalicə-Diaqnostika Mərkəzinin təməlini qoymuş və 2009-cu il noyabrın 26-da açılışını etmişdir.
Şamaxının və ətraf rayonların əhalisinin sağlamlığına xidmət edən müasir avadanlıqla təchiz olunmuş bu mərkəzə müraciət edənlər funksional diaqnostika, dializ, stasionar, əməliyyat, reanimasiya, kompyuter-tomoqrafiya, rentgen şöbələrinin xidmətlərindən yararlanırlar. Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra funksionallığı daha da artmışdır. İndi burada müasir tibb avadanlığı ilə təchiz olunmuş cərrahiyyə, reanimasiya, terapiya, pediatriya, mamalıq- ginekologiya, qanköçürmə, yoluxucu xəstəliklər, təcili tibbi yardım, şüa-diaqnostika şöbələri və uşaq poliklinikası fəaliyyət göstərir.
Səhiyyə sahəsində islahatlar nəticəsində Şamaxı rayonunda çalışan həkimlərin sayı 25 faiz
artmışdır.
Mənbə: “Şamaxı 2003-2013: HƏDƏFLƏR, İNKİŞAF, NƏTİCƏLƏR”