(21.3.1882, Şamaxı – 26.10.1949, Bakı) – Azərbaycan energetiki. Azərbaycan dilində texniki təhsilin təşkilatçılarından biri. Belçikada Lyej universitetini bitirmişdir (1908), prof. (1933). Bakının bir sıra elektrik stansiyaları, işıqlandırma və güc qurğularının layihəsini hazırlamışdır. N. Nərimanov ad. Bakı Sənaye Texnikumunun direktoru olmuşdur (1922-29). 1928-34 illərdə Bakı Sənaye Akademiyasının elmi hissə üzrə direktor müavini və kafedra müdiri, 1934-38 illərdə Azərbaycan Sənaye İnstitutunda energetika fakültəsinin dekanı, eyni zamanda Zaqafqaziya Dəmiryol Mühəndisləri İnstitutunun professoru olmuşdur. Azərbaycan dilində ilk dəfə xüsusi texniki və elektrotexniki terminlər lüğətini tərtib etmişdir.
Əd.: ASE, I cild, Bakı, 1976, s.495,
Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.216