All posts by rashad

ŞİKAROV Daşqın Məzi oğlu

sikarov_dasqin

(29.1.1973, Şamaxı ş.) – Azərbaycan diplomatı. Bakı Dövlət Universitetini bitirmişdir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (1997-99; mart 2001-oktyabr 2001; 2005-07), Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda (1999-2001), Pakistandakı səfirliyində 3 və 2 katib (2001-05), 1-ci katib, Müvəqqəti İşlər Vəkili (2007-11) işləmişdir. 2011 ilin martından Azərbaycan Respublikasının Pakistandakı Fövqəladə və Slahiyyətli Səfiridir. “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir (2012).

Məlumat Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin saytından (www.azembassy-pakistan.com) götürülmüşdür.

 

Ətraflı oxu

ABDULLAYEV Tofiq Əlövsət oğlu

tofiq_abdullayev(1.4.1948, Şamaxı r-nunun Məlikçobanlı k.) – Azərbaycan diplomatı, filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əlcəzair, İraq və Yəmən Demokratik Respublikasında tərcüməçi işləmiş, 20 ilə yaxın Azərbaycan EA Əlyazmalar İnstitutunda çalışmışdır.

Ətraflı oxu

ABDULLAYEV Şahin Şakir oğlu

shahin_abdullayev (14.11.1959, Bakı) – Azərbaycan diplomatı. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. SSRİ-nin Yəməndəki səfirliyində işləmişdir (1981-84). Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri (1989-95), Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri (1995-99), XİN Asiya idarəsinin rəisi (1999-2004), Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2004-10) vəzifələrində çalışmışdır. 2010 ildən Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında, 2010 ildən iqamətgahı Misirdə olmaqla həm də Əlcəzairdə, 2011 ildən isə Sudanda Fövqəladə və Səlahiyyətli Səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında Nümayəndəsi, Afrika İttifaqı yanında müşahidəçi statusunda Nümayəndəsidir.
Məlumat Ş.Abdullayevdən alınmışdır.

Ətraflı oxu

RZAYEV Ağababa Qasım oğlu

rzayev-ağababa(12.2.1923, Bakı – 25.12.2003 Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (1968), professor (1971). Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-51 illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur.

Ətraflı oxu

ELM VƏ TƏHSİL

samaxi_elm-ve-tehsilde-web

Yeddi əsrdən artıq qüdrətli Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərində hicri tarixinin 743 ilində Ərəb Xilafətinin Azərbaycan canişini, Əməvi xəlifəsi I Validin qardaşı Məslamə ibn Əbd ül-Malik tərəfindən inşa edilən Şamaxı Cümə məscidi, həm də dini mədrəsənin, mollaxananın mərkəzi olmuşdur.

Ətraflı oxu

BAYRAMOVA Səkinə Adil qızı

(15.7.1967, Şamaxı r-nunun Göylər k.) – filologiya üzrə fəlsəfə doktoru (2009). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı və Bakı şəhərindəki 73 saylı orta məktəbin müəllimidir. 1 monoqrafiyanın, bir sıra elmi və publisistik məqalənin müəllifidir.

Məlumat S.Bayramovadan alınmışdır.

Ətraflı oxu

ALIYEV Ceyhun Qurbanalı oğlu

aliyev_ceyhun(3.9.1967, Şamaxı r-nunun Ovçulu k.) – psixoloq, psixologiya üzrə fəlsəfə doktoru (1998), dosent (2011). Azərbaycan Rus dili və Ədəbiyyatı institutunu bitirmişdir, ADPU-nun psixologiya kafedrasında çalışmışdır. Bakı Qızlar Universitetinin psixologiya kafedrasının müdiri olmuşdur.

Ətraflı oxu

ALICANOV Mayıl Sədyar oğlu

alcanov_mayil-web(1939, Şamaxı r-nunun Ovçulu k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1973), dosent. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Şamaxı rayonunun Bağırlı kənd orta məktəbində dərs hissə müdiri, Xankəndi Pedaqoji İnstititutunda baş müəllim, dosent, kafedra müdiri vəzifələrində işləmişdir.

Ətraflı oxu

BƏYİN OĞURLANMASI

1985 ildə çəkilmiş Azərbaycan bədii filmi. Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır.

Ətraflı oxu