All posts by rashad

ƏLİ NUR

eli nurNurzadə Əli Qayıb oğlu (10.1.1948, Ağsu r-nunun Bicov k.) – Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2002), dosent. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1972-86 illərdə Sumqayıt Dövlət Dram Teatrının aktyoru (1982-86 illərdə həm də direktoru) olmuşdur. Burada Bəhram, İbad, Rüstəm, Oqtay (“Solğun çiçəklər”, “Almaz”, “Vəfalı Səriyyə”, “Oqtay Eloğlu”, C.Cabbarlı), Cəlal (“Komsomol poeması”, İ.Coşqun), Arbeni (“Maskarad”, Y.Lermontov), Şıxlinski (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Ölüm mələyi (“İlahi komediya”, İ.Ştok), A.B. (“Demoklisin qılıncı”, N.Hikmət), Tərgəldi (“Adamın adamı”, Anar) və s. rollarda çıxış etmişdir.

Ətraflı oxu

BABAYEV Mayis Sərkər oğlu

mayis_babayev-web

(18.7.1961, Şamaxı r-nunun Təklə k.) – yer elmləri üzrə fəlsəfə doktoru (1998), dosent (1999). Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasında assistent və dosent, geoloji-kəşfiyyat fakültəsində dekan müavini işləmişdir. 2011-15 illərdə geoloji-kəşfiyyat fakültəsinin dekanı olmuşdur. 50-dən çox elmi əsərin, dərslik, dərs vəsaiti və metodiki göstərişin müəllifidir.

Məlumat M.Babayevdən alınmışdır.

 

Ətraflı oxu

ŞİRVAN AŞIQLARI

Azərbaycan Aşıq sənəti məktəbləri içərisində Şirvan aşıqları özünəməxsusluqla fərqlənir. Bu fərq çöl mədəniyyəti ilə şəhər mədəniyyətinin fərqləri miqyasındadır. Şirvan aşıq mədəniyyəti muğam sənətilə sıx bağlıdır, bütün ifalar “pişrəv”lə (öndəgedər) başlayır. Pişrəvlərin hamısı muğam cümlələrindən ibarət olur. Bu da Şirvan aşıq məktəbinin şəhər mədəniyyətilə sıx bağlılığından xəbər verir. Zurna, balaban (bir ifacı), nağara və saz ifası böyük bir ansamblı xatırladır. Aşıq sözləri muğam oxuma sənətinə yaxın tərzdə aydın tələffüz edir. Saz ilə heca vəznində, tar ilə isə əruzda yazılan şeirlər ifa olunur. Şirvan aşıqları uzun əsrlər boyu ənənəni yaşadıb günümüzə çatdırmışlar.

Ətraflı oxu

OLEARİ Elşleger Adam

oleari_adam

(16.8.1603, Saksoniya – 23.2.1671, Qottorp, Şlezviq) – alman alimi. Leypsiq Universitetində dərs demiş, Holşteyn hersoqunun sarayında qulluq etmişdir. 1633-34 illərdə Şlezviq-Holşteyn səfirliyinin tərkibində Rusiyada, 1635-39 illərdə səyahət zamanı Səfəvilər dövlətində olmuşdur.

Ətraflı oxu

ƏLƏKBƏROV Sabir Murad oğlu

sabir_alekberov

(5.1.1952, Şamaxı ş. – 3.10.2012, Şamaxı ş.) – pedaqoji elmlər namizədi (1995). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı şəhər S.M.Qənizadə adına 1saylı orta məktəbdə tarix müəllimi, rayon xalq maarifi şöbəsində metodist, 1993 ildən ömrünün sonunadək isə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında baş müəllim, kabinet müdiri vəzifəsində işləmişdir. 35 elmi məqalənin, 2 metodik tövsiyənin müəllifidir.

Ətraflı oxu

MİKAYILOV Şasəddin Sabir oğlu

shaseddin_mikayilov-web

(11.7.1957, Şamaxı r-nunun Ovçulu k.) – fəlsəfə üzrə fəlsəfə doktoru (2000). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir. Bağırlı kənd orta məktəbində, Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialında çalışmışdır.

Ətraflı oxu

DİNİ MÜHİT

Azərbaycanın ən qədim mədəniyyət, elm, incəsənət və dini mərkəzlərindən biri olan Şamaxı irfan sahibləri, müqəddəs məkanların vətənidir. Şirvanşahlar dövlətinə paytaxt olmuş zəngin mədəniyyətə malik bu müqəddəs diyar haqqında görkəmli yazıçı Y.V. Çəmənzəminli belə yazır: “Şirvan ötədən bəri möcüzələr və əfsanələr mərkəzi kimi tanınmışdır”. İslamiyyətin gəlişindən sonra da Şamaxının zəngin elmi, dini və mədəni mərkəzə çevrilməsi təbii və qanunauyğundur. Şamaxı Azərbaycan mədəniyyətinin və elminin intibah dövrü sayılan 11-12 əsrlərdə əsl elm məbədinə çevrilmişdi.

Ətraflı oxu

AXUNDOV Cavanşir Əşrəf oğlu

cavansir_axundov-web(6.6.1955, Bakı) – Azərbaycan diplomatı, tarix üzrə fəlsəfə doktoru. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun İran tarixi şöbəsinin baş elmi işçisi, Rəyasət Heyətində ictimai elmlər üzrə elmi katib vəzifələrində çalışmışdır.

Ətraflı oxu

DÜMA Aleksandr

duma_aleksandr

(Düma ata) (24.7.1802, Viller Kope, En departamenti – 5.1.1870, Pyüş, Aşağı Sena departamenti) – fransız yazıçısı. Ədəbi irsi zəngindir (300-ə yaxın əsər). Yaradıcılığa 1825 ildə dramaturq kimi başlamışdır. “III Henrix və onun sarayı” (1829), “Antoni” (1831), “Hel qülləsi” (1832), “Kin” (1836) pyesləri romantik teatr tarixində mühüm yer tutur.

Ətraflı oxu