All posts by rashad

NƏSRULLAYEVA Sevda Nəsrulla qızı

Sevda_Nesrullayeva(11.10.1943, Bakı) – tibb elmləri namizədi (1972). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında klinik ordinator, aspirant və assistent kimi çalışmışdır. 1977 ildən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda böyük elmi işçi, funksional diaqnostika şöbəsinin müdiri, institutun direktoru vəzifələrində çalışmışdır.

Ətraflı oxu

MAHMUDOV Qahir Ələşrəf oğlu

(1956, Şamaxı ş.) – idmançı. Güləş üzrə 2 dəfə Azərbaycan, dəfələrlə “Məhsul” cəmiyyətinin, cəmiyyətlər arasında SSRİ çempionu olmuşdur. ABŞ-da keçirilən beynəlxalq turnirin qalibidir. Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman əlaçısıdır.

Ətraflı oxu

MƏMMƏDOV Asəf Şıxməmməd oğlu

(19.4.1898, Şamaxı r-nunun Dədəgünəş k. – 19.12.1974) – əməkdar müəllim. Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı rayonunun Sündü, Nərimankənd, Məlhəm, Göylər məktəblərində müəllim və direktor işləmişdir.

Ətraflı oxu

Veysov Məmməd Kərim oğlu

veysov_memmed(27.12.1900, Şamaxı ş. – 27.8.1974, Bakı) – hərbi xadim. Buzovnada praporşiklər məktəbini bitirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yeni təşkil olunmuş hərbi birləşmələrində xidmət etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə alayının komandiri və Gəncə qarnizonunun rəisi vəzifəsini daşımışdır.

Ətraflı oxu

HACIYEV Rüstəm Şahalı oğlu

(1948, Şamaxı ş.) – idmançı, müəllim. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu olmuşdur. Rayon təhsil şöbəsi nəzdində idman məktəbinin direktoru, Çarhan kənd və Şamaxı şəhər 5 saylı orta məktəblərində idman müəllimi, Şamaxı şəhər stadionunun direktoru olmuşdur. Hazırda təqaüddədir.

Ətraflı oxu

ƏLİYEV Mürsəl Heydər oğlu

(17.11.1921, Şamaxı ş. – 25.8.1983, Bakı) – fəlsəfə elmləri namizədi (1955), dosent (1957). Azərbaycan Dövlət Universitetini bitirmişdir. APİ-nin fəlsəfə kafedrasının müdiri olmuşdur.

Ətraflı oxu

ƏLƏKBƏROV Elşən Vahab oğlu

(25.6.1960 Şamaxı ş.) – Azərbaycan Respublikasının əməkdar müəllimi (2004). Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsini bitirmişdir. 1982 ildən Şamaxı şəhəri S.M.Qənizadə adına 1 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyir.

Ətraflı oxu

ADIGÖZƏLOV Ağakərim Canəli oğlu

(1.1.1936, Şamaxı r-nunun Nərimankənd k.) – riyaziyyatçı, riyaziyyat üzrə fəlsəfə doktoru (1969). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı rayonunun Nərimankənd kənd məktəbində riyaziyyat müəllimi işləmişdir.

Ətraflı oxu

GEYİMLƏR

araxcın-19-esr-shamakhi-web



Şirvan əhalisinin ənənəvi geyimlərinə dair yazılı məlumat olduqca azdır. Vaxtilə Şirvanda olmuş xarici səyyahların ekzotik səciyyəli qeydlərində geyim tiplərinin (arxalıq, köynək, tuman, qurşaq, papaq, başmaq və s) adlarına və bəzi ipək parça növlərinə aid məlumata təsadüf olunur. Şirvanda natural və yarım natural təsərrüfat həyatının uzun müddət davam etməsi ənənəvi geyimlərə dərin təsir göstərmişdir.

Ətraflı oxu

СƏFƏRZADƏ Əzizə Məmməd qızı

Əzizə Cəfərzadə

(29.12.1921, Bakı – 4.9.2003, Bakı) – Azərbaycanın xalq yazıçısı (2001), ədəbiyyatşünas, ictimai xadim. Filologiya elmləri doktoru (1970), professor (1974). Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1944-46 illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-49 illərdə teatr texniki məktəbinin müdiri, 1950-55 illərdə Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, 1956 ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957-74 illərdə Azərbaycan EA Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974 ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır.

Ətraflı oxu