MƏHƏMMƏD TƏRRAH ŞİRVANİ
(? – 1904) şair. 19 əsrin ikinci yarısı və 20 əsrin əvvəllərində yaşamışdır. Mədrəsədə təhsil almış, fars dilini öyrənmişdir. “Beyt üs-səfa” məclisinin iştirakçısı olmuşdur. Şeirlərinin az bir qismi bizə gəlib çatmışdır.
(? – 1904) şair. 19 əsrin ikinci yarısı və 20 əsrin əvvəllərində yaşamışdır. Mədrəsədə təhsil almış, fars dilini öyrənmişdir. “Beyt üs-səfa” məclisinin iştirakçısı olmuşdur. Şeirlərinin az bir qismi bizə gəlib çatmışdır.
Mirzə Əbdüləli Hacı Molla Nəsəf oğlu (?, Şamaxı ş. – ?) – şair, xanəndə, rövzəxan. 19 əsrdə Şamaxıda yaşayıb-yaratmışdır. Gəncliyində xanəndəlik, sonralar rövzəxanlıq etmişdir. Mirzə Məhəmmədhəsənlə dost olmuşdur. Onun məsləhəti ilə xanəndəlik etmişdir. Şuşa şairləri ilə dostluq etmişdir.
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.102
Fətullah Əbdüləziz İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; bəzi mənbələrdə adının əvvəlinə “Mövlana” və “Mömin” sözləri əlavə edilir, (1417, Şamaxı – 1486, Şamaxı) – Azərbaycan ensiklopedik alimi, filosof, musiqişünas.
(1840, Şamaxı – 1894, Şamaxı) – şair. Azərbaycan və fars dillərində şeirlər yazmışdır. S.Ə.Şirvani, Didə, Rağib, Qafil və başqaları ilə dostluq etmişdir. Əsərlərinin az hissəsi dövrümüzə gəlib çatmışdır.
Əli Əkbər Məşədi Rəcəb oğlu (?, Şamaxı ş. – ?) – şair. Əsasən şirniyyat məhsulları bişirməklə ailəsini saxlamışdır. Şeirlərini də “Qənnadi” təxəllüsü ilə yazmış, “Beyt üs-səfa” ədəbi məclisinin üzvü olmuşdur.
Mirzəbəy Binəva (?, Şamaxı ş. -?) – şair. Mənbələrdə ərəb və fars dillərini mükəmməl bildiyi qeyd olunmuşdur. Klassik üslubda şeirlər yazmışdır. Şeirlərinin az bir qismi məlumdur.
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.103
Mirəli Ağalı oğlu (1850, Şamaxı ş. – 1905) – aşıq. Şamaxıda Molla Tahirin məktəbində oxumuşdur. Aşıq İbrahimin şagirdi olmuşdur. İyirmi il aşıqlıq etmişdir. “Beyt üs-səfa” məclisində iştirak etmişdir.
Ağababa Məşhədi Abdulla oğlu (1848, Şamaxı – 1911, Bakı) – şair. Tacir ailəsində doğulmuş, ərəb, fars dilini, ədəbiyyatı mükəmməl öyrənmişdir. Məktəbdarlıq etməklə yanaşı, “Beyt üs-səfa” ədəbi məclisinin fəal üzvü olmuşdur.
Ağababa Nurulla oğlu (1847, Şamaxı ş. – 1922, Qarasu k.) – şair, müəllim. Mollaxanada və mədrəsədə təhsil almış, Şamaxıda müəllimlik etmişdir. Gənc yaşlarından şeir yazmış, Şamaxı mühitində böyük nüfuz sahibi olmuşdur.
(6.2.1924, Bakı – 20.2.2014, Bakı) – Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1969). Bakı Xereoqrafiya Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. Səhnə fəaliyyətinə 1947 ildə Azərbaycan Musiqili Komediya Teatrında başlamışdır. 1949 ildən ömrünün sonunadək Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur (1960-61 illərdə fasilələrlə).