All posts by rashad
ACIDƏRƏ – dağ
Şamaxı r-nu ərazisində dağ. Hün. 931 m.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 11
ƏLİOSMANOV Bəhlul Babahəsən oğlu
(15.2.1967, Şamaxı r-nunun Bəklə k.) – idman işçisi, sambo üzrə idman ustası, respublika dərəcəli hakim. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu və Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Azərbaycan və Ukrayna birinciliklərinin qalibi və mükafatçısı olmuşdur. 2000 ildən Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsində çalışır.
SÖZ AZADLIĞINI MÜDAFİƏ FONDU
Söz azadlığını qorumaq məqsədilə yaradılmış qeyri-hökumət təşkilatı. 2004 ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatıçılığı ilə bir sıra iri həcmli layihələr gerçəkləşdirmişdir. 2007 ildə söz azadlığının qorunmasına həsr olunmuş beynəlxalq konfrans, “Reklamlarda və istehlak mallarının üzərindəki etiketlərdə Azərbaycan dilinin qorunması” ilə bağlı layihə, seçki proseslərində medianın monitorinqi, “Mətbuat xidmətlərinin fəaliyyətinə həsr olunmuş” sorğu SAMF-ın həyata keçirdiyi layihələrdəndir.
HACIYEVA Gülşən Fərhad qızı
(10.7.1950, Şamaxı ş.) – bərpaçı-rəssam, sənətşünas, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2010). Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bədii sərgi salonunda (1969-73), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyinin fılialı olan Elmi- bərpaçılıq emalatxanasında (1970-81) bərpaçı-rəssam işləmişdir.
KRAPİVİN Oleq Andreyeviç
HACIYEV Fərhad İbrahim oğlu
(1929, Şamaxı ş. – 1987, Bakı) – Azərbaycanın ilk bərpaçı-rəssamı. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskvada Surikov adına Ali Rəssamlıq İnstitutunu bitirmişdir. İnstitutda oxuduğu illərdə Drezden qalereyasında sərgilənən məşhur Novqorod, Pskov, Vladimir və Suzdal ikonalarını, Kiyevin “Müqəddəs Sofiya” kilsəsinin mozaik kompozisiyalarını, Vilnüsdən Çürlyonisin qrafik əsərlərini, Ermitaj muzeyinin, Tretyakov qalereyasının, A.S.Puşkin adına İncəsənət Muzeyinin müxtəlif yağlı boya tablolarını bərpa və konservasiya etmişdir.
QAQARİN Qriqori Qriqoryeviç
(29.4.1810, Sankt-Peterburq – 30.1.1893, Şatelro, Fransa) – rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P.Bryullovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının prezidenti olmuşdur (1859-72). Qafqazda hərbi xidmətdə olarkən (1840-50) burada yaşayan xalqların məişətinə aid tablolar, həmçinin portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir.
TAHİRZADƏ Səriyyə-Soltan Ələkbər qızı
(30.4.1890, Şamaxı ş. – 18.2.1938, Bakı) – “Hophopnamə”nin xilaskarı. M.Ə.Sabirin qızıdır. Şairin 11 övladından sayca dördüncüsü idi. Sabirin sirdaşı olmuş, onun həyatında əhəmiyyətli rol oynamışdır. Şair bu övladına xüsusi yaxınlıq hiss edərək ona “anaşım” deyə müraciət edərmiş. Sabirin vəfatından sonra hüzr məclisində ona aid əlyazmaların böyük qismi öğurlandığından və yerdə qalan qismi üçün də bəd-
xah insanların evə gəlib-getdiyini yaxşı bildiyindən atasının arzusunda olduğu, lakın sağlığında görməyə müyəssər olmadığı ilk kitabı üçün seçib- ayırdığı seirlər toplusunu evində gizlədib qorumağa müvəffəq olmuşdur. Bir il sonra kitab nəşri reallaşdığı zaman əlyazmaları Abbas Səhhətə təhvil vermişdir. Bu gün əldə olan və sevilərək oxunan “Hophopnamə” Səriyyə-Soltan Tahirzadənin fədakarlığı sayəsində qorunmuşdur.
Məlumat Sabir Fondunun prezidenti S.Tahirlidən alınmışdır.
TAHİRLİ Məmmədsəlim Ələkbər oğlu
(30.3.1908, Şamaxı ş. – 14.1.1993, Bakı) – pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi (1978), dosent (1973), Zaqafqaziya Hərbi-Hazırlıq Məktəbini, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.