NÖYÜTLÜ DƏRƏ
Ərçiman kəndinin şimal-şərqində dərə. Dərə Uğuz yurdundan başlayaraq Pirsaat çayının sol qolunadək uzanır. Vaxtı ilə neft əlamətləri müşahidə edilmişdir.
Ərçiman kəndinin şimal-şərqində dərə. Dərə Uğuz yurdundan başlayaraq Pirsaat çayının sol qolunadək uzanır. Vaxtı ilə neft əlamətləri müşahidə edilmişdir.
Çigil çayı hövzəsində yerləşir. Əvvəllər Şamaxı qəz. Qırx təpə adlı yaylaq olmuşdur. Sonralar isə Qızmeydan kəndinə məxsus hesab edilən ərazidə qırx təpə olduğundan belə adlanmışdır. Burada həm relyefin müsbət təpə forması və həm də sayı (qırx) məkanın adında əks olunmuşdur. Qırx təpə mənşəyinə görə fəaliyyətdən qalmış palçıq vulkanı konuslarından ibarətdir.
Göylər kəndinin cənub-qərbində təpə. Burada vaxtı ilə neft çıxıntılarının olması söylənilir. Təpənin forması isə palçıq vulkanı konusunu xatırladır. Burada vaxtilə neft təzahürləri müşahidə edilmişdir. Buna Nöyüt təpəsi coğrafi adı şahidlik edir.
Adnalı kəndinin torpaq sahəsində, Alpout dağının şərq tərəfındə dağ. İkinci Dəmirli dağ Udulu kəndindən şərq tərəfdə Xoşaməddin silsiləsindədir. Hər iki dağa dəmirli adının verilməsi əraziyə ekspedisiyalar zamanı dağların dəmir rənginə çalmasının müşahidə edilməsi ilə bağlıdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.181
Ali təhsil müəssisisəsi. Ümummilli lider Heydər Əliyevin 2000 il 13 iyun tarixli 349 saylı qərarı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları yaradılmışdır. AMİ-nin Şamaxı filialı həmin dövrdən fəaliyyət göstərir. Hazırda filiala f.e.f.d. T.V.Yusifova rəhbərlik edir. AMİ-nin Şamaxı filialı ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsi, onun elmi-metodiki səviyyəsinin artırılmasında xüsusi rol oynayır.
Şirvanda – Şamaxıda yerli ipək parça istehsalı şərbaflıq ev peşəsi və karxana toxuculuğu (əmtəə istehsalı) olmaqla iki formada təsadüf edir. İpək bilavasitə toxuma prosesinə daxil olmazdan əvvəl bir sıra emal və texniki istehsal prosesindən keçirdi. Əvvəlcə barama boğulur, sonra sabunlu suda qaynadılaraq “mancılıq” vasitəsilə açılırdı. Bundan sonra o “çarxto” adlanan dəzgahda tovlanaraq “kələf”, yaxud “tovlu” halına salınırdı. Bu, “xam ipək”, yaxud “xama” adlanırdı. Dağılmamaq üçün xam ipək kələfləri “bağ” halına salınırdı. Əsrlər boyu barama sadə xalq üsulu ilə boğulmuşdur.
Daşişləmə sənəti Şamaxıda qədim və ənənəvi sənət sahələrindən biri olmuşdur. 19 əsrin ortalarında Cənubi Qafqazda daşişləmə sənətinin inkişaf etmiş istehsal mərkəzləri arasında Şamaxı qəzası xüsusi yer tuturdu. Feodalizm dövründə Azərbaycanda daşyonma və daş üzərində oyma sənətləri xüsusilə şəhər və qala tipli məskənlərdə daha çox tərəqqi etmişdir. Bu cəhətdən Şirvan – Abşeron memarlıq məktəbinin rolu böyük olmuşdur.
(11 əsrin sonu – 12 əsrin birinci yarısı) – erkən orta əsr təbabətinin və fəlsəfəsinin, farmakologiya və elm nəzəriyyəsinin bilicisi, nəhəng elm təşkilatçısı. Xaqani Şirvaninin əmisidir. Böyük filosof, riyaziyyatçı, astronom, kimyaçı, həkim kimi daha çox tanınmışdır. Dünyanın maddi cəhətdən mövcudluğunun ardıcıl təbliğatçısı idi.
Sadıqov Orxan Fikrət Sadıq oğlu (21.3.1966, Bakı) – yazıçı, ssenarist, rejissor, jurnalist. Fikrət Sadığın oğludur. Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirmişdir. 1983 ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, “Günay” qəzetinin baş redaktoru işləmişdir.