Quliyev İbrahim Qulu oğlu (1860, Şamaxı r-nunun Əngəxaran k. – 1914, Əngəxaran k.) – Azərbaycan aşığı, Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən biri. Aşıqlığın sirrlərini dayısından öyrənmişdir. “İrahim” aşıq havasının müəllifidir. Bir sıra qoşma və bayatıları günümüzədək gəlib çatmışdır. Aşıq Bilalın ilk ustadı olmuşdur.
Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005